Elchi.az xəbər verir ki, Belçikada dəmiryolçuların 3 günlük tətili səbəbilə nəqliyyatda ciddi problemlər yaranıb.
Dəmiryolları həmkarlar ittifaqları federal hökumətin kifayət qədər büdcə ayırmaması, infrastrukturun kifayət qədər olmaması, işçilərin iş şəraitinin yaxşılaşdırılmaması və kadr çatışmazlığı səbəbindən dünən saat 22:00-dan etibarən tətilə başlayıb.
Ölkə daxilində qatar xidmətlərinin dörddə üçü ləğv edilib.
Qatarların yarısı noyabrın 30-u və dekabrın 1-də işləyəcək.
Gündəlik şəhərdaxili və şəhərlərarası daşımalarda tez-tez üstünlük verilən qatarlardan istifadə oluna bilməməsi avtomobil daşımalarına tələbatın artmasına səbəb olub. Ölkədə nəqliyyatın hərəkəti ciddi şəkildə pozulub.
Dəmiryolları həmkarlar ittifaqı da oktyabrın 5-də 24 saatlıq işdən çıxıb.
Şayəstə