Belçika Müdafiə Nazirliyi Belqorod vilayətinə hücumlar zamanı Brüssel tərəfindən əvvəllər ötürülən Qərb silahlarının istifadəsi ilə bağlı Kiyevə sorğu göndərib və izahat tələb edib. Elchi.az xəbər verir ki, bu barədə “Le Soir” qəzeti ölkənin müdafiə nazirliyinə istinadən məlumat yayıb.
Belçika Müdafiə Nazirliyinin rəhbəri Ludivine Dedonder vəziyyəti aydınlaşdırmaq üçün ukraynalı həmkarına sorğu göndərib, lakin hələlik heç bir cavab alınmayıb”, – məlumatda deyilir. Qeyd olunur ki, Belçika Xarici İşlər Nazirliyi də Kiyevə öhdəliklərini xatırlatmaq üçün Belçikanın Ukraynadakı səfirinə təlimat göndərib, buna əsasən Kiyev Rusiya ərazisinə hücum etmək üçün Qərb silahlarından istifadə etməməlidir.
Qeyd edək ki, bundan əvvəl Belçikanın baş naziri Aleksandr de Kros xüsusi xidmət orqanlarına Belqorod vilayətinin atəşə tutulması zamanı Kiyevin Qərb silahlarından istifadə etməsini araşdırmağı tapşırmışdı.
Havar Şəfiyeva