Ukrayna hakimiyyəti bütün ölkə ərazisində bomba sığınacaqlarının vəziyyətini yoxlayıb.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski onların istifadəyə yararsız olduğunu etiraf edib.
Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, 50 minə yaxın bomba sığınacağı sınaqdan keçirilib ki, bu da onların ümumi sayının təxminən 80%-ni təşkil edir:
“Bomba sığınacaqlarının təftişinin aralıq nəticələri, təəssüf ki, məyusedicidir”, – deyə Zelenski “Telegram” kanalında yazıb.
Obyektlərin üçdə biri bağlıdır və ya sadəcə olaraq istifadəyə yararsızdır.
Xatırladaq ki, ötən həftə prokurorluq hava hücumu zamanı qapalı bomba sığınacağına girə bilməyən üç Ukrayna vətəndaşının ölümü ilə bağlı cinayət işi açıb. Kiyev merinə vəzifəsini tərk etmək təklif olunub və ölkədə mülki müdafiə obyektlərinin auditinə başlanılıb.
Yeganə