Belçikanın Federal Səhiyyə Naziri Frank Vandenbruk İtaliya, İspaniya və İngiltərə kimi Çindən gələn hər bir sərnişinə Covid-19 test tələbi və ya peyvənd öhdəliyi qoymayacaqlarını söyləyib.
Elchi.az xarici mediaya istinadən xəbər verir ki, xəstəliyə səbəb olan virusun variantlarını aşkar etmək üçün Çindən gələn təyyarələrin tullantı sularını analiz edəcəklərini qeyd edən Vandenbruk, “Çində baş verənlər tamamilə dramatikdir. Bununla belə, hal-hazırda Belçika üçün böyük təhlükə yaratmır”-deyə nazir qeyd edib.
Vandenbruk naməlum variantların kəşf oluna biləcəyini və Belçikada ilk dəfə olaraq bu məqsədlə təyyarələrin çirkab sularının tədqiq ediləcəyini bildirdi.
Nazir həmçinin son 7 gündə Çində olan və Covid-19 simptomları göstərən şəxslərin sınaqdan keçiriləcəyini və əgər varsa, naməlum variantları aşkar etmək üçün bu testlərin ətraflı şəkildə araşdırılacağını bildirib.
Yeganə