Yoxlama Belçika baş nazirinin tapşırığı ilə başlayıb.
Elchi.az xəbər verir ki, Belçikanın baş naziri Alexander de Croo təhlükəsizlik xidmətlərinə DRG-nin Belqorod vilayətinə hücumları üçün Ukraynaya təhvil verilmiş silahların istifadəsini araşdırmağı tapşırıb, baş nazir bu barədə RTBF telekanalının efirində bildirib.
“Biz kəşfiyyat xidmətlərimizdən və ordumuzdan bunu təhlil etməyi, müvafiq əlaqələr qurmağı xahiş etdik. Hələlik təsdiqim yoxdur, biz vəziyyəti araşdırırıq” de Croo deyib.
O, həmçinin qeyd edib ki, Kiyevə verilən silahların istifadəsini tənzimləmək üçün nəzərdə tutulan müəyyən qaydalar var. Onun sözlərinə görə, Ukrayna ondan öz ərazisində yalnız müdafiə məqsədləri üçün istifadə etməlidir. Üstəlik, bu qaydalar təkcə Belçika silahlarına deyil, digər Qərb ölkələrinin silahlarına da aiddir.
Şayəstə Hüseynova