"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Belə bir bioqrafiyası olan adam gərək mənəviyyat sözünü dilinə gətirməsin”

23 Sentyabr 2016 - 10:14
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

Əmtəə birjasında təbii qazın dəyəri azalıb

Azərbaycanda uşaqdan böyüyə hamının Putinin dostu kimi tanıdığı İlham Rəhimovun “Yeni Müsavat” qəzetinə müsahibə verərək ad çəkməsə də BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevi aşağılayan ifadələr işlətməsi gündəmə damğasını vurdu və onun bu cür təhqiramiz ritorikasına cavab özünü çox gözlətmədi.
Belə ki, Q. Həsənquliyev APA İnformasiya Agentliyinə və ardından Moderator.az saytına müsahibə verərək obrazlı desək İlham Rəhimovu quru yuyub yaş sərdi.
Demək olar ki, fikirlərin əksəriyyəti üst-üstə düşdüyündən biz  APA-da gedən müsahibəni də saytımızda yerləşdirdirərək orada qeyd olunan bir çox məqamları təkrar oxuculara təqdim etməyi artıq hesab etdik. Eyni zamanda müsahibədəki sərt ritorikanı da mülayimləşdirərək oxuculara təqdim etmək qərarına gəldik:
 
 
– Qüdrət bəy, istər ölkədəki siyasi partiya rəhbərləri, istərsə də deputat həmkarlarınızdan fərqli olaraq Siz hər zaman cəmiyyəti maraqlandıran mövzular ətrafında açıq danışmaq xətti götürmüsünüz və bəzən həqiqətləri çılpaq şəkildə dediyinizə görə sağdan-soldan tənqid atəşinə də tutulmusunuz. Amma bu dəfə İlham Rəhimov müsahibədə ad çəkməsə də Sizi açıq şəkildə aşağılayıb. Onu buna vadar edən səbəblər nədir görəsən?
– Bilirsiniz, 2013-cü ilin prezident seçkiləri ərəfəsində İlham Rəhimovla bağlı jurnalistlər mənə sual vermişdilər, mən də onda demişdim ki, İlham Rəhimov siyasətlə məşğul olmadığı haqqında bəyanat verib. Eyni zamanda demişdim ki, İlham Rəhimovun Putinin dostu olması heç də o demək deyil ki, o prezident olmalıdır. Yəni prezidentliyə namizəd olmaq üçün gərək ən azı aktiv şəkildə ictimai-siyasi həyatda olasan, öz platforma və proqramını ortaya qoyasan, xalqa açıq şəkildə deyəsən ki, sən prezident olsan nələri və necə edəcəsən. Həmin vaxt əslində mən onun şəxsiyyətinə toxunan, onu aşağılayan hər hansı ifadə işlətməmişdim. Sadəcə demişdim ki, bu adam özü siyasətdə yoxam deyirsə bunu qəbul etmək lazımdır. Amma o vaxt o məni təhqir elədi və “mən bilirəm o Azərbaycan parlamentinə necə seçilib”, “çox təəssüf ki, parlamentə belə adamları da seçirlər” kimi ünvanıma çox aşağılayıcı ifadələr işlətməklə bərabər həm də parlamentin necə formalaşmasına ironik yanaşma sərgiləmişdi. Bununla da o hansısa siyasi proseslərdə rol almış olduğunu ortaya qoymuş olmuşdu. Xatırlayırsınızsa həmin vaxt İlham Rəhimova Ali Attestasiya Komissiyasında iş verilmişdi və işə qəbul olunandan 9 gün sonra onu tutduğu vəzifədən azad etdilər. Sonradan o səhv etdiyini bu iqtidara çatdırdı və bağışlanmasını dilədi. Ona qarşı da böyüklük nümayiş etdirildi və onu bağışladılar, yenidən işinə qaytarıldı. Amma görünür bu adamın tərbiyəsi və xarakteri elədir ki, heç cür dəyişə bilmir.
Bu məsələdə ara sakitləşəndən sonra mən də onun cavabını qaytarmadım və düşündüm ki, bir insident oldu və başa çatdı. Bundan sonra son illər ərzində bir dəfə də olsun onun barəsində nə mətbuatda, nə parlamentdə, nə də hətta ikitərəfli söhbətlərdə heç vaxt nəinki onu aşağılayan ifadələr işlətmək, hətta adını da dilimə gətirmədim. Amma mən bu günlərdə “Yeni Müsavat” qəzetinə verdiyim müsahibədə söyləmişəm ki, Rusiyanın regionda maraqları var, regionda bir daha qanlı savaş olmasın deyə, sülh yolu ilə münaqişəni Azərbaycanın maraqları çərçivəsində həll etmək üçün Rusiya ilə açıq danışıqlar aparmalıyıq. Demişdim ki, bu münaqişənin arxasında Rusiya dayandığını bütün dünya bilir və Ermənistan məhz Moskvanın himayəsinə güvənərək sülh prosesini uzatmaq üçün min oyundan çıxır. Bildirmişdim ki, danışıqları Ermənistanla deyil, Rusiya ilə aparmalıyıq və Qarabağın, eyni zamanda ətraf 7 rayonun işğaldan azad edilməsi müqabilində Rusiyanın maraqlarını Azərbaycanın suverenliyinə toxunmadan təmin edək. Təkliflər də vermişəm ki, bundan sonra biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da, Gömrük İttifaqına da, Avrasiya Birliyinə də üzvlük məsələsinə baxa bilərik. Hətta Qəbələ RLS kimi bir hərbi bazanın yaradılmasına da icazə vermək olar. Bildirmişdim ki, biz hətta Azərbaycanın neft-qaz ixracı siyasətini də Moskva ilə uzlaşdıra bilərik ki, Rusiyanın maraqlarına toxunmasın, təki bu qanlı-qadalı savaş bu dəfə sülh yolu ilə həllini tapsın.
“Belə bir bioqrafiyası olan adam gərək mənəviyyət sözünü ümumiyyətlə dilinə gətirməsin”
Amma bu adam müsahibədə jurnalistin verdiyi çoxsaylı suallara cavab verməkdən yayınaraq Rusiyanın Azərbaycanda hərbi baza yarada bilməsi məsələsindən yapışıb birbaşa təhqirə keçir, məni qeyri-yetkinlikdə, uzaqgörən olmamaqda ittiham etməklə kifayətlənmir, bunu alverçi yanaşması, mənəvi nöqteyi-nəzərdən qəbuledilməz adlandırır. Bu adamın son 10 ildəki tərcümeyi-halını Azərbaycanda hər kəs bilir. Belə bir bioqrafiyası olan adam gərək mənəviyyət sözünü ümumiyyətlə dilinə gətirməsin. Onun müəyyən bir səviyyəyə gəlib çatmasında böyük xidmətləri olmuş İsmayılovlar ailəsinin (Ədalət Partiyasının sədri, keçmiş millət vəkili İlyas İsmayılov və onun Rusiyada bir neçə il həbs yatmış oğlu Etimad İsmayılov nəzərdə tutulur-red.) onun haqqında dediklərinə, yazdıqlarına baxmaq kifayətdir. Yaxud götürək bunun mənim haqqımda dediyi qeyri-yetkinlik və alverçi ittihamlarına. Bu adam hələ də anlaya bilmir ki, insanları maraqlar birləşdirdiyi kimi dövlətləri də maraqlar yaxınlaşdırır və ya düşmən edir. Rusiyanın da Azərbaycandakı marağı göz önündədir və mən də təklif etmişəm ki, gəlin Azərbaycanın suverenliyi və ərazilərimizin işğaldan bütünlüklə azad olunması naminə bu maraqları mümkündürsə təmin edək. Azərbaycanda uşaqdan böyüyə hamı bilir ki, biz bu illər ərzində Qarabağ problemini məhz Ermənistanın arxasında Rusiyanın dayandığına görə həll edə bilmirik. İndi təsəvür edin ki, Rusiyadakı rejimə sığınıb alverlə məşğul olan bir adam bizə vətənpərvərlik dərsi keçir. Halbuki 1 milyon qaçqının bu illər ərzində zillət içərisində yaşaması, olmazın məşəqqətlərini çəkməsi, yeraltı qazmalarda, vaqonlarda, qamışdan-palçıqdan tikilmiş daxmalarda can verməsi onun vecinə də deyil. Hələ dövlətimiz bu istiqamətdə milyardlarla vəsait xərcləsə də bu köçkünlər ordusunun əksəriyyətini evlə təmin edə bilməyib. Azərbaycana, onun xalqına belə müsibətlər yaşatmış bir rejimin himayəsinə sığınıb alver edən bir adamın başqasını alverçilikdə ittiham etməsi sözlə ifadə edilməyəcək qəbahətdir. 
Özü də bu adamın indi fəallaşması heç də təsadüfi deyil. 2013-cü ilin prezident seçkilərindən öncə Rüstəm İbrahimbəyov Azərbaycana göndərildi, o gəlib burada “Ziyalılar Birliyi” adı altında bir qurum formalaşdırmağa başladı. Niyyət də bəlli idi, Moskvanın diqtəsi ilə Azərbaycanda sabitliyi pozaraq özlərinin oyuncaq namizədini gətirib  prezident etmək istəyirdilər. Amma Azərbaycan hakimiyyətinin çox qətiyyətli addımları, ortaya cəsarətli mövqe qoymaları sayəsində bu məkrli layihə iflasa uğradı. Növbəti prezident seçkilərinə də 2 il qalır. Düşünürəm ki, bu dəfə daha həssas bir mövzu üzərində – Qarabağ kartı ilə yeni siyasi oyunbazlığa start verilib. Siz jurnalistlər son vaxtlar İlham Rəhimovun açıqlamalarını götürüb təhlil edin görün o cəmiyyətə hansı mesajları verir. Kifayət qədər primitiv düşüncə tərzinə malik olan bu adam elə zənn edir ki, Azərbaycan insanı bunun qəlbindən keçən niyyətlərin, siyasi iddiaların nədən ibarət olduğunu anlamır və günlərin bir günü bir xilaskar kimi bunu qəbul edə bilər.
Baxın görün bu adam nələr danışır?
2 aprel döyüşlərindən sonra bəyanat verir ki, fürsət düşmüşkən istərdim ki, biz Xankəndini də tutaq. Arxasınca da bəyanat verir ki, gördünüz də, mən dəfələrlə deyirdim ki, Rusiya bu münaqişəyə qatışmayacaq, gördünüz ki, qatışmadı. Necə qatışmadı? 3 gündən sonra Moskva dedi ki, gəlin atəşkəs imzalayın, hər iki ölkənin baş qərargah rəislərini Moskvaya çağırdılar və bu zaman Azərbaycanın sadəcə olaraq həmin sazişi imzalamaması bizim üçün çox ciddi problemlər yarada bilərdi.
“Bu sözləri demək üçün insanda doğrudan da azacıq da olsa abır-həya olmalıdır”
Bu adam Qərbi də özünə tərəf çəkmək üçün primitiv olduğu qədər də anti-Azərbaycan mövqe sərgiləməkdən çəkinmir. Jurnalist buna sual verir ki, niyə Qərb Qarabağ məsələsində Azərbaycana dəstək vermir? Görün bu adam nə mesajlar verir? Deyir ki, Qərb ona görə bizi dəstəkləmir ki, Avropanın ali dəyərləri Azərbaycan tərəfindən dəstəklənmir. Bilirsiniz, bu sözləri demək üçün insanda doğrudan da azacıq da olsa abır-həya olmalıdır. Krımı, başqa bir dövlətin beynəlxalq hüquqla tanınmış sərhədləri içərisində olan bir ərazini Rusiya həyasızcasına işğal elədi, amma İlham Rəhimov çəkinmədən Rusiyanın bu işğalçılıq siyasətini müdafiə etdi. Ukrayna elə bu adamın iddia etdiyi ali Avropa dəyərlərini mənimsəmək istəmirdimi? Elə buna görə Moskva Ukraynanı cəzalandırmadımı? Sən Ukraynanın müdafiəsinə qalxdınmı? Amma indi görün nə baş verir? Bu adam Qərbə reverans edir ki, onların da dəstəyini qazansın, çünki bilir ki, Azərbaycanda hakimiyyətə gəlmək üçün Qərbin də dəstəyi lazımdır.
Previous Post

“Belə bir bioqrafiyası olan adam gərək mənəviyyat sözünü dilinə gətirməsin”

Next Post

“Azərbaycanda heç vaxt belə problem olmayıb” – Mehriban Əliyeva

Bənzər yazılar

ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

05 Oktyabr 2026 - 19:48

Hörmüz boğazında mayeləşdirilmiş qaz (LPG) daşıyan gəmi hədəfə alınıb. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, Hörmüz boğazının daxilinə doğru hərəkət...

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

05 Oktyabr 2026 - 18:57

​Bakıda Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin və Gürcüstan Müdafiə Nazirliyinin Strateji Kommunikasiyalar və İctimaiyyətlə Əlaqələr Departamentinin nümayəndələri...

Əmtəə birjasında təbii qazın dəyəri azalıb

Əmtəə birjasında təbii qazın dəyəri azalıb

05 Oktyabr 2026 - 09:26

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Elchi.az xəbər verir ki, 2026-cı ilin noyabr ayında çatdırmaq...

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda canlı arı pətəklərinin içərisindəki şanların arasına gizlədilmiş vəziyyətdə 91,1 kq narkotik vasitə ələ keçirilib. Elchi.az...

Next Post

“Azərbaycanda heç vaxt belə problem olmayıb” - Mehriban Əliyeva

“Azərbaycanda heç vaxt belə problem olmayıb” - Mehriban Əliyeva

Son xəbərlər

ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

05 Oktyabr 2026 - 19:48
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

05 Oktyabr 2026 - 19:23
Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı

Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı

05 Oktyabr 2026 - 19:17
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

05 Oktyabr 2026 - 19:08
Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

05 Oktyabr 2026 - 18:57
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

05 Oktyabr 2026 - 18:45
ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

05 Oktyabr 2026 - 18:37
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

05 Oktyabr 2026 - 18:23
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

05 Oktyabr 2026 - 18:11
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

05 Oktyabr 2026 - 17:56
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

05 Oktyabr 2026 - 17:49
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

05 Oktyabr 2026 - 17:38
Dünya çempionatının rəsmi açılış mərasimi baş tutub

Dünya çempionatının rəsmi açılış mərasimi baş tutub

05 Oktyabr 2026 - 17:26
Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək – XƏBƏRDARLIQ

Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək – XƏBƏRDARLIQ

05 Oktyabr 2026 - 17:17
İtaliyada reyd: Maltaya daşınan 377 nadir heyvan xilas edildi

İtaliyada reyd: Maltaya daşınan 377 nadir heyvan xilas edildi

05 Oktyabr 2026 - 17:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.