BƏƏ-nin müdafiə məsələləri üzrə dövlət naziri Mübarək bin Fadhel Əl Məzruinin rəsmi səfəri zamanı Birləşmiş Ərəb Əmirlikləri və Fransa arasında yeni müdafiə sazişi imzalanıb.
Elchi.az xəbər verir ki, bu barədə BƏƏ müdafiə nazirliyi məlumat yayıb.
“Tərəflər, həmçinin BƏƏ ilə Fransa arasında ikitərəfli münasibətlərin dərinliyini və hərbi və müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı birgə öhdəliyini əks etdirən Müdafiə Əməkdaşlığı Sazişinin imzalanmasının şahidi oldular. Onlar iki dost dövlət arasında müdafiə və strateji əlaqələrin gücləndirilməsi yollarını müzakirə ediblər”, – BƏƏ Müdafiə Nazirliyinin X-də dərc olunan bəyanatında deyilir.
Yeganə





















