Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) cümə axşamı İran, Livan və İraqa səyahət qadağası elan edib.
Elchi.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Regiondakı mövcud hadisələr fonunda Xarici İşlər Nazirliyi BƏƏ vətəndaşlarının İran İslam Respublikası, Livan Respublikası və İraq Respublikasına səyahətinə qadağa qoyulduğunu elan edir”,-bəyanatda yazılıb.
Nazirlik hökumətin xaricdəki vətəndaşlarının rifahına diqqət yetirmək və onların təhlükəsizliyini təmin etmək öhdəliyinə əsaslanaraq, hazırda bu ölkələrdə olan vətəndaşları dərhal ölkəni tərk etməyə və ilkin fürsətdə BƏƏ-yə qayıtmağa çağırıb.
Yeganə





















