Diplomatik nümayəndəliklərimizə hücum tamamilə qəbuledilməzdir.
Elchi.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AzTV-yə müsahibəsində deyib.
Nazir bildirib ki, bu, beynəlxalq münasibətlərin təməl prinsiplərinin tapdalanmasıdır: “Çünki diplomatların və diplomatik missiyaların toxunulmazığı beynəlxalq münasibətlərin təməlidir. Diplomatlara hücum mənəvi və hüquqi normalara sığmayan hərəkətdir. Digər tədbirlərlə yanaşı, biz həmin ölkələrə qəti etirazımızı bildirmişik. Çünki Vyana Konvensiyasını qəbul edən hər bir ölkə bu sənədin müddəalarının yerinə yetirilməsinə görə məsuliyyət daşıyır”.
C.Bayramov söyləyib ki, Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum edən bütün cinayətkarlar tapılmalı və cinayət məsuliyyətinə cəlb olunmalıdır: “Çünki cəzasızlıq növbəti təxribatlara yol açır”.
Xatırladaq ki, son günlər bir qrup erməni radikalları Azərbaycanın Fransa, Livan və Gürcüstandakı səfirliklərinə basqın ediblər.
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı
7 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri çərçivəsində “Avaza” Milli Turizm Zonasında keçirilən Mərkəzi...





















Son şərhlər