Bayramov Qətərin baş naziri ilə görüşdü

🗓 30.04.2024 14:42 ✍️ "Elçi" qəzeti
Bayramov Qətərin baş naziri ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əs-Sani ilə görüşüb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib. "Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əs-Sani ilə görüşərək ikitərəfli gündəmdə duran mühüm məsələləri və yeni əməkdaşlıq sahələrinə xüsusi diqqət yetirməklə Azərbaycan və Qətər arasında mövcud tərəfdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə edib", - məlumatda qeyd edilib.

Bənzər yazılar