BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş nəzərdə tutulmayıb.
Elchi.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
Onun sözlərinə görə, C.Bayramovun proqramında belə bir görüş yoxdur.
Azərbaycan XİN başçısının digər görüşlərinə gəldikdə isə A.Hacızadə bildirib ki, bu barədə görüşlər keçirildikcə məlumat veriləcək.
Qeyd edək ki, Ermənistan mətbuatı Nyu-Yorkda C.Bayramov və A.Mirzoyan arasında görüşün keçirilə biləcəyinə dair məlumat yayıb.
Qazaxıstan XİN: AQEM-in fəaliyyətinin gücləndirilməsinə dəstək verməyə hazırıq
Qazaxıstan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) fəaliyyətinin daha da gücləndirilməsinə dəstək verməyə hazır olduğunu təsdiqləyib. Elchi.az...





















Son şərhlər