ABŞ dövlət katibi Entoni Blinken Nyu-Yorkda danışıqlar aparan Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini sentyabrın sonunadək yenidən görüşməyə dəvət edib.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.
“Blinken insan itkisinə görə başsağlığı verib və gələcək döyüşlərin qarşısının alınmasının vacibliyini vurğulayıb. Onlar növbəti addımları müzakirə ediblər və dövlət katibi tərəfləri ayın sonuna qədər yenidən görüşməyə çağırıb”, – məlumatda deyilir.
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edildi
Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfəri çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb....





















Son şərhlər