Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Bu barədə Elchi.az-a Mərkəzdən bildirilib.
Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
- Heydər Əliyev prospekti – Kənar yol, mərkəz istiqamətində;
- Heydər Əliyev prospekti – Əsas yol, mərkəz istiqamətində;
- Ziya Bünyadov prospekti – Olimpiya stadionunun qarşısından “20 Yanvar” metrostansiyası istiqamətində;
- Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
- Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
- Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
- Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metrostansiyası istiqamətində;
- Binəqədi şosesi – “Azadlıq prospekti” metrostansiyası istiqamətində;
- Tiflis prospekti – “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
- Koroğlu Rəhimov küçəsi – Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
- 28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Zərifə Əliyeva küçəsində;
- Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
- Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti istiqamətində;
- Rəşid Behbudov küçəsi – Mərkəzi Bank istiqamətində;
- Dilarə Əliyeva küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Neftçilər prospekti – “Azneft” dairəsi istiqamətində;
- Niyazi küçəsi – “Azneft” dairəsi istiqamətində;
- Babək prospekti – Mərkəz istiqamətində;
- Aeroport şosesi – “Koroğlu” metrostansiyası istiqamətində;
- “20 Yanvar” dairəsində.