İyunun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan telefon danışığı aparıb.
Bu barədə Elchi.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Azərbaycan və Ermənistan arasında son bir ay ərzində aparılan danışıqlar və gündəmdə duran açıq məsələlərin həlli perspektivləri barədə ölkəmizin mövqeyi diqqətə çatdırılıb.
Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib
Noyabrın 4-də Estoniyanın paytaxtı Tallin şəhərində Estoniya-Azərbaycan Hökumətlərarası Komissiyasının dördüncü iclası keçirilib. Elchi.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin...





















Son şərhlər