Bayram günlərində (30 dekabr-2 yanvar) Azərbaycanda daxili işlər orqanları tərəfindən 336 cinayət faktı qeydə alınıb, onların da 43-ü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, həmin müddətdə cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.