"Bayer 04" komandası yeni rekorda imza ata bilər

🗓 06.05.2024 21:27 ✍️ "Elçi" qəzeti
"Bayer 04" komandası yeni rekorda imza ata bilər
Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab görüşündə "Roma"ya məğlub olmasa, "Benfika"nın 59 il əvvəlki rekordunu yeniləyəcək. 48 matçda rəqiblərinə uduzmayan leverkuzenlilər bu göstərici ilə Portuqaliya klubunun 1963-1965-ci illər aralığındakı uğurlu nəticəsinə şərik olub. "Bayer 04" yenilməzlik seriyasını 49 matça yüksəldəcəyi təqdirdə, yeni rekord müəyyənləşdirəcək. Qeyd edək ki, "qırmızı-qaralar" cari mövsüm Bundesliqada vaxtından əvvəl çempionluğu rəsmiləşdirib. Havar Şəfiyeva

Bənzər yazılar