Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin üzvü Jamie Raskin prezident Joe Biden-in oğlu Hunterin bir çox qeyri-qanuni işlər gördüyünü üzə çıxıb. Elchi.az xəbər verir ki, o, bu barədə ABC telekanalının efirində danışıb.
Konqresmen Hunter Bayden işi ilə bağlı araşdırmanın düzgün aparılmadığını vurğulayıb. “Bu adamın narkotik aludəçisi olduğu və çoxlu qeyri-qanuni və yanlış işlər gördüyü açıq-aydın görünür” deyə bildirilib.
Eyni zamanda, Raskin amerikalı siyasətçilərin ədliyyə sisteminin işinə qarışmamalı olduğuna əmin olduğunu bildirib.
Hunter Bayden vergidən yayınmaqda və qanunsuz silah saxlamaqda ittiham olunur. Daha əvvəl məlum olub ki, o, bu işdə özünü təqsirli bilmək fikrindən daşınıb. Delaver ştatında federal hakimin prokurorlarla əvvəlki etiraf razılaşmasını nəzərdən keçirmək üçün daha çox vaxta ehtiyacı olduğunu söylədikdən sonra Hunter Bayden qərarını dəyişib.
Havar Şəfiyeva