Baydendən Liviyada baş verən sel fəlakəti ilə bağlı başsağlığı mesajı

97

ABŞ prezidenti Co Bayden Liviyada minlərlə insanın həyatını itirdiyi sel fəlakəti ilə əlaqədar başsağlığı mesajı yayımlayıb.
Elchi.az xəbər verir ki, Ağ Evin rəsmi saytında dərc olunan mesajda Bayden, “Jill və mən Liviyada dağıdıcı daşqınlarda yaxınlarını itirən bütün ailələrə başsağlığı veririk” deyib.
ABŞ-ın yardım agentlikləri vasitəsilə bölgəyə təcili yardım vəsaitlərinin yönəldildiyini qeyd edən Bayden, “ABŞ əlavə dəstək vermək üçün Liviya səlahiyyətliləri və BMT (Birləşmiş Millətlər) ilə koordinasiyalı şəkildə çalışır” dedi.
ABŞ prezidenti Bayden, “Çox sayda insan itkisinə görə Liviya xalqının acısını paylaşır və itkin yaxınlarının tapılmasını arzulayırıq” mesajını paylaşıb.

Şayəstə Hüseynova