ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb. Görüş zamanı Qəzzada mülki əhalinin müdafiəsi məsələsinə toxunulub.
Elchi.az xəbər verir ki, Ağ Evdən verilən açıqlamaya görə, ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
Görüş zamanı Qəzzada son hadisələr və HƏMAS tərəfindən əsir götürülən ABŞ vətəndaşları da daxil olmaqla girovların azad edilməsi müzakirə edilib.
Bayden və Netanyahu Qəzzanı tez bir zamanda tərk etmək istəyən xarici vətəndaşların təhlükəsiz çıxışını müzakirə ediblər.
Görüş zamanı ABŞ prezidenti Bayden Qəzzaya humanitar yardım axınının və oradakı mülki əhalinin qorunmasının vacibliyini vurğulayıb.
İki lider daimi əlaqə saxlamaq barədə razılığa gəliblər.
Nuranə Məmmədova