Aprelin 20-də ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Tərəflər Makronun Çinə rəsmi səfərini müzakirə ediblər.
Elchi.az xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb.
Xatırladaq ki, Çinə son səfəri zamanı Makronun açıqlamaları Avropa İttifaqı (Aİ) ölkələri və ABŞ tərəfindən tənqid edilib. Makron Çin prezidenti Xi-ni Rusiyanın Ukraynaya hücumunu dayandırmağa və bütün tərəfləri danışıqlar masasına oturtmağa kömək etməyə çağırıb. Səfərdən sonra “Politico”ya müsahibə verən Fransa prezidenti bildirib ki, Avropa ABŞ-dan asılılığını azaltmalı və Tayvanla bağlı ABŞ-Çin münaqişəsinə qarışmamalıdır.
Ağ Evin bəyanatında deyilir ki, tərəflər Tayvan boğazında sülhün qorunub saxlanmasının vacibliyini, eləcə də Rusiyanın qəddar təcavüzünə qarşı Ukraynaya sarsılmaz dəstəklərini təsdiqləyiblər.
Yeganə