ABŞ prezidenti Co Bayden və Yaponiyanın baş naziri Fumio Kişidanın yanvarın 13-də Vaşinqtonda görüşəcəyi gözlənilir.
Elchi.az bu barədə “Reuters” agentliyinə istinadən məlumat verir.
Görüş Şimali Koreyanın raket sınaqları və nüvə arsenalını artırmaq çağırışları fonunda baş tutacaq ki, bu da ABŞ-ın regiondakı müttəfiqlərini narahat edir.
Kişida Yaponiyanın bu ay yenidən işlənmiş yeni təhlükəsizlik siyasətini müzakirə etməyi və İkinci Dünya Müharibəsindən sonra ölkənin hərbi potensialında ən böyük inkişafı açıqlamağı planlaşdırır.
Ağ Ev həmin görüşlə bağlı hər hansı planı şərh etməkdən imtina edib.
Yeganə