ABŞ prezidenti Co Bayden terrorizmə qarşı kütləvi qırğın silahlarının tətbiqi ilə mübarizə haqqında memorandum imzalayıb. Elchi.az xəbər verir ki, bu barədə martın 2-də Ağ Evin rəsmi saytında dərc edilmiş bəyanatda deyilir:
“Bu gün ABŞ Prezidenti Co Bayden Kütləvi Qırğın Silahları ilə terrorizmə qarşı mübarizə və bütün dünyada nüvə və radioaktiv materialların təhlükəsizliyini gücləndirmək məqsədi daşıyan milli təhlükəsizlik memorandumu imzalayıb”.
Yeni strategiya Amerika prezidentinin milli təhlükəsizlik sahəsində bir sıra prioritet tapşırıqlarının həyata keçirilməsinə yönəlib. O cümlədən, ölkəni və beynəlxalq ictimaiyyəti kütləvi qırğın silahlarından istifadə etməklə törədilən terror aktları ilə bağlı ekzistensial təhlükələrdən qorumaq, qeyri-dövlət subyektləri tərəfindən kimyəvi, bioloji, radioloji və nüvə silahlarından istifadənin qarşısını almaqdan ibarətdir.
Havar Şəfiyeva