ABŞ prezidenti Co Bayden bu payızda Çin prezidenti Si Cinpinlə görüşə ümid edir.
Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller deyib.
“Biz inanırıq ki, icra səviyyəsində üzbəüz müzakirələrin əvəzi yoxdur”- deyib. Eyni zamanda, Amerika departamentinin nümayəndəsi əlavə edib ki, hələlik iki liderin rəsmi görüşünün təsdiqi yoxdur. Onun sözlərinə görə, ABŞ onun təşkili imkanları üzərində işləməyə davam edəcək.
Baydenin Çin prezidenti Si Cinpin ilə təkbətək görüş keçirməyə ümid etdiyini Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi daha əvvəl açıqlamışdı. Onun sözlərinə görə, noyabrda San-Fransiskoda keçiriləcək APEC sammiti çərçivəsində belə bir görüşün baş tutub-tutmayacağı hələ dəqiq deyil.
Nuranə Məmmədova