"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

“Niyə ABŞ-ın Ermənistana kömək etmək ehtimalı azdır?”

11 Sentyabr 2023 - 23:11
in Cebhe-banner, MANŞET
FacebookVatsap

“Ermənistan çox uzaqdır, çox əlçatmazdır, çox kasıbdır. Amerikanın vaxtını və ya pulunu sərf etməsi üçün çox əhəmiyyətsizdir”

Bunu da oxuyun

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Tramp ilə Zelenski arasında gərginlik artır

“Bangordailynews.com” saytı Böyük Britaniya krallığına daxil olan Uelsdən yayımlanır. Saytda gedən “Why it’s unlikely the US will help Armenia” (Niyə ABŞ-ın Ermənistana kömək etmək ehtimalı azdır?”) adlı məqalədə son dərəcə ilginc məqamlar var. Qərb mətbuatında bəlkə də ilk dəfədir ki, bəzi önəmli məqamlar etiraf olunur. Həmin məqaləni diqqətinizə çatdırırıq.

Məqalənin müəllifi Gwynne Dyer yazır ki, ermənilər çox qədim bir xalqdır – ilk erməni çarlığı eramızdan əvvəl VIII əsrdə yaranıb. Onlar çətin bir bölgədə sərt qonşuların arasında yaşadılar və çox uzun müddət tək-tənha qaldılar. Müstəqilliklərini farslara, sonra Makedoniyalı İsgəndərə, daha sonra Romalılara və Bizans imperiyasına, Səlcuq türklərinə və Osmanlı imperiyasına və ruslara qurban verməli oldular. Hər bir mərhələdə də əllərində olan əraziləri itirdilər. Ermənistanın sərhədləri Rusiya imperiyası və Sovet İttifaqı dövründə sabitləşdi, lakin 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra ermənilər müstəqilliklərini geri aldılar və sərhəd problemləri yenidən başladı. Bir müddət qonşulara qarşı güclü müqavimət göstərdilər, amma indi isə bağışlanılmaz səhvə yol verirlər. Ermənistan və Azərbaycan 1991-ci ildə Rusiyadan müstəqillik əldə ediblər. O vaxt Azərbaycanın daxilində Dağlıq Qarabağ adlı ərazidə 150 min erməninin yaşadığı anklav və Ermənistanın bir kənarında elə bir o qədər ərazidə yarım milyon azərbaycanlının yaşadığı eksklav vardı. Beləliklə, dərhal müharibə oldu (1991-1994) və ermənilər bu müharibədə qalib gəldilər.

Rusiya keçmiş imperiya gücü kimi atəşkəslə bağlı danışıqlara kömək etdi və ona zəmanət verdi. Dağlıq Qarabağ erməniləri sovet dövründə əllərində olan bütün torpaqları üstəlik onun ətrafında yenə də bir o qədər torpağı nəzarəti ələ aldılar. Ermənistana gedən dəhliz isə rus qoşunları tərəfindən mühafizə olunurdu.

Sonrakı illərdə bütün mövcud sərhədləri yerbəyer etmək və sülh müqaviləsi bağlamaq üçün bir neçə fürsət var idi, lakin Ermənistanın təlatümlü daxili siyasəti onları sabotaj etdi. 2020-ci ilə qədər Azərbaycan öz neft sərvətindən ordusunu qurmaq və Türkiyədən dronlar almaq üçün istifadə etdi və müharibəni yenidən başladı.
Dronlar gündəmi dəyişdi. Faktiki olaraq Ermənistan tərəfindən idarə olunan Dağlıq Qarabağdakı erməni qoşunları məhv edildi və atəşkəs zamanı (Vladimir Putinin vasitəçiliyi ilə) anklavın əsas ərazisinin böyük hissəsi Azərbaycan tərəfindən ələ keçirildi. Buna baxmayaraq rus qoşunları anklavı Ermənistana birləşdirən yolu açıq saxladılar.

Daha uzun illər belə qala bilərdi, amma keçən il Putin Ukraynaya hücum etdi. Dekabrda azərbaycanlılar başa düşdülər ki, ruslar Ukrayna müharibədən yayınıb Ermənistan haqqında düşünmək iqtidarında deyillər. Azərbaycan bu imkandan istifadə edərək Ermənistandan Dağlıq Qarabağa aparan yolu blokadaya aldı və rus qoşunları heç nə etmədilər.

İndi Dağlıq Qarabağda ciddi ərzaq qıtlığı var. Çarəsizlik içində olan Ermənistanın baş naziri Nikol Paşinyan yardım üçün ABŞ-a müraciət edib. Ermənistanda hələ də Rusiyanın hərbi bazaları var, bu yaxınlarda Ermənistan və Amerika qoşunlarının birgə hərbi təlimə başlayıb.
Ermənistan Rusiyaya məhəl qoymadan Ukraynaya ilk dəfə humanitar yardım göndərdi və Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması haqqında müqaviləni (Putini hərbi cinayətkar kimi ittiham edən) ratifikasiya etməyə qərar verdi.

Ermənilərin qəzəbi başa düşüləndir, çünki ruslar onilliklər ərzində onların yeganə faydalı müttəfiqi olublar, lakin onlar yadda saxlamalıdırlar ki, Rusiyanın Ermənistanda elə bir strateji və iqtisadi marağı yoxdur. Rusiya Ermənistanı yalnız imperiya nostaljisindən və xristian həmrəyliyindən dolayı dəstəkləyə bilməz. Bunların hər ikisi olduqca kövrək motivasiyadır.
Buna görə də Paşinyanın ABŞ-ın Rusiyanın yerini tutacağını təsəvvür etməsi sadəlövhlükdür. Vaşinqton üçün Ermənistanın bu yanaşması rusları pis vəziyyətdə qoymaq üçün bir fürsətdir, lakin Ermənistan çox uzaqdır, çox əlçatmazdır, çox kasıbdır və Amerikanın vaxtını və ya pulunu sərf etməsi üçün çox əhəmiyyətsizdir. Mən hələ bu işdə amerikalı əsgərlərin həyatının dəyərindən danışmıram.
Azərbaycan yenidən müharibəyə başlamaq istəmir və şübhəsiz ki, erməni soyqırımı da planlaşdırmır. “Blokada” qeyri-qanunidir, lakin bu, yalnız Ermənistandan gələn yoldadır. Dağlıq Qarabağdakı insanlar onu Azərbaycanın qalan hissəsi ilə birləşdirən yollarla istədikləri vaxt ərzaq gətirə bilərlər. Bunu etmirlər, amma bu, sadəcə prinsip məsələsidir.
Əgər nə vaxtsa Dağlıq Qarabağı Ermənistanın bir hissəsi etmək şansı var idisə, o, illər arxada qalıb. Azərbaycandakı erməni azlığı üçün yaxşı sövdələşmə hələ də mümkündür – və əgər Ermənistan hökuməti buna inanmırsa, deməli, ruslara daha çox ehtiyacı var.
Putin həmişə dəhşət doğuran birisi olub və indi o, erməniləri tərk edib, lakin ermənilər üçün Rusiya hələ də şəhərdəki yeganə oyun mərkəzi kimi bir şeydir. Ermənilər amerikalılara stavka etməmişdən əvvəl kürdlərlə söhbət etməlidirlər.
Məqalə beləcə də bitir. Müəllif Gwynne Dyer-in kürd məsələsini yada salması, əlbəttə, təsadüfi deyil. Sözünün canı odur ki, Amerika kürdləri yarıtmayıbsa, erməniləri heç yarıtmayacaq…

Təbii ki, bu məqalədə bu və ya digər məqama, xüsusən ermənilərin bizim əsrdən əvvəl XIII əsrdə dövlətə sahib olması kimi fikirlərə etiraz etmək olar. Ancaq etiraf edim ki, son zamanlarda Qərb mətbuatında bu qədər obyektiv və rasional məqalə oxumamışdım…


Elbəyi Həsənli, Sürix

Previous Post

“Niyə ABŞ-ın Ermənistana kömək etmək ehtimalı azdır?”

Next Post

İrəvandakı təxribatla bağlı UEFA-ya müraciət ediləcək

Bənzər yazılar

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05

Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş geyim tələblərinin icra vəziyyətinin öyrənilməsi...

Tramp ilə Zelenski arasında gərginlik artır

Tramp ilə Zelenski arasında gərginlik artır

12 Oktyabr 2026 - 17:36

Vəzifəyə gəldiyi gündən bəri ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskini tez-tez tənqid edib və Ukrayna ilə bağlı sələfi...

ABŞ Ukraynaya silah tədarükünü dayandırmaqla hədələyir

ABŞ Ukraynaya silah tədarükünü dayandırmaqla hədələyir

12 Oktyabr 2026 - 11:16

Donald Tramp administrasiyası Kiyevin Rusiyanın energetika infrastrukturuna zərbələrini dayandırmaq məqsədilə Ukrayna üçün Amerika silahlarının satınalma mexanizmini və kəşfiyyat məlumatlarının mübadiləsini...

Next Post
İrəvandakı təxribatla bağlı UEFA-ya müraciət ediləcək

İrəvandakı təxribatla bağlı UEFA-ya müraciət ediləcək

İrəvandakı təxribatla bağlı UEFA-ya müraciət ediləcək

İrəvandakı təxribatla bağlı UEFA-ya müraciət ediləcək

Son xəbərlər

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ

13 Oktyabr 2026 - 09:04
Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.