ABŞ prezidenti İsrailin baş naziri ilə görüşüb.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə söhbətində bir gün əvvəl Qüdsdə baş verən terror aktını “sivil dünyaya hücum adlandırıb və lazımi yardımı təklif edib. Bu barədə Ağ Ev məlumat yayıb.
“Prezident aydın şəkildə bildirdi ki, bu, sivil dünyaya hücumdur. O, yaxın günlərdə İsrail hökumətinə və xalqına bütün lazımi dəstəyi verməyi təklif etdi”, – deyə Ağ Ev bildirib və həmçinin qeyd edib ki, hər iki lider söhbət zamanı milli təhlükəsizlik qruplarının təmasda olacağı barədə razılığa gəliblər.
Şayəstə