Bayden Moldovanın suverenliyini dəstəkləyib

71

ABŞ prezidenti Co Bayden Varşavada Moldova prezidenti Maia Sandu ilə görüşü zamanı ABŞ-ın Moldovanın suverenliyinə dəstəyini təsdiqləyib.

Elchi.az-ın məlumatına görə, bu barədə çərşənbə axşamı görüşdən sonra Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Prezident Bayden ABŞ-ın Moldovanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini bir daha təsdiqlədi”, – press-relizdə deyilir.