Bayden Makronla görüşəcək, Ukrayna müzakirə ediləcək

45

ABŞ prezidenti Co Bayden fransalı həmkarı Emmanuel Makronla görüşəcək.

Elchi.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jen-Pyer məlumat verib.

Görüş dekabr ayının 1-də ABŞ-da baş tutacaq. Liderlər Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.