ABŞ prezidenti Co Bayden bildirib ki, Ağ Evdə onun pişiyi “Willow” gecələr başının üstündə yatır.
Elchi.az bu barədə Trthaber-ə istinadən xəbər verir.
Bayden qeyd edib:
“O, (red-Willow) sərhəd tanımır. Siz elə bilirsiniz ki, zarafat edirəm, amma mən zarafat etmirəm. O, gecənin bir yarısında yuxarı qalxır və başımın üstündə uzanır”.
Ağ Evdə yaşayan pişiklər
ABŞ prezidenti və xanımı Cil Bayden “Willow”-u ilk dəfə keçən il yanvarın 28-də Ağ Evə aparıblar.
ABŞ-ın keçmiş prezidenti Corc Buşun Ağ Evdə yaşayan pişiyi 2009-cu il yanvarın 4-də dünyasını dəyişib. Ondan sonra Ağ Evdə yaşayan digər pişik “Willow” olub. Ona Pensilvaniya ştatında Cil Baydenin doğulduğu “Willow Grove” şəhərinin şərəfinə bu ad verilib.
Yeganə