Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ABŞ Demokratik Partiyasının Amerika iqtisadiyyatı üçün heç bir addım atmadığını bildirib. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Makkarti əlavə edib ki, Amerika lideri Co Bayden ölkə iqtisadiyyatını təhlükə altına alır. “Biz milli borcun tavanını qaldırdıq və onu Senata göndərdik. Biz işimizi gördük. Lakin Senat iqtisadiyyat və ya milli borc limiti üçün heç nə etmədi”, o vurğulayıb.
Baydenin ictimaiyyət tərəfindən bəyənmə reytinqinin bu ay 39 faizə düşərək prezidentliyinin ən aşağı səviyyəsinə yaxınlaşdığı bildirilirdi. Qeyd edək ki, aprelin 16-da başa çatan sorğu, respondentlərin 42 faizinin Baydenin ölkə lideri kimi fəaliyyətini bəyəndiklərini bildirdiyi keçən aya nisbətən azalma göstərib.
Havar Şəfiyeva