"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SEÇMƏ XƏBƏRLƏR

BAXCP sədrindən İran rəhbərliyinə sərt sözlər

15 İyun 2016 - 10:42
in SEÇMƏ XƏBƏRLƏR, SİYASƏT
FacebookVatsap

<font color=red><b>BAXCP sədri İran rəhbərliyinə səslənib </b></font>

“Əgər 30 milyon azərbaycanlının milli kimliklərinə hörmət etməyəcəklərsə, bu siyasətin acı nəticəsini dadacaqlar”

Bunu da oxuyun

Ukraynalı səfir İlham Əliyevə təşəkkür etdi

Prezident İlham Əliyev DSX-nin bir qrup hərbi qulluqçusunu təltif edib

DSX-nin şəhid hərbi qulluqçuları “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

“Cənab Prezident Ilham Əliyev “Elm haqqında” qanunda magistrlərə və doktorantlara möhlət hüququ verərkən yəqin millət vəkillərinin parlamentdəki çıxışlarını da nəzərə alıb. Bir çox millət vəkilləri çıxış etdi və bunun vacibliyi ilə bağlı burada fikirlər səsləndirildi”. Bu fikri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Parlamentin növbədənkənar plenar iclasında çıxışı zamanı deyib. O daha sonra İranla bağlanacaq sazişlərlə bağlı fikirlərini bölüşüb: “Nəzərinizə çatdırım ki, bu saziş Azərbaycanın milli və dövlət maraqlarına cavab verir. Ona görə, mən də buna səs verəcəyəm. Mən sizin, eyni zamanda, iqtidar təmsilçilərinin İranla bağlı səslənən fikirlərdə narahatlıqlarını başa düşürəm. İqtidar həmişə çalışıb ki, İranla dostluq münasibətlərini qoruyub saxlasın və inkişaf etdirsin. Amma bizdə gözəl el məsəli var- “səni sevəcəyəm, sən sevməsən də”. Amma bu belə olmur. Çox təəssüf ki, biz İrana qarşı göstərdiyimiz münasibətin qarşılığını görməmişik. Sazişin tərəfi İran olduğuna görə, biz bu sazişi müzakirə edərkən bəzi məsələlərə öz münasibətimizi bildirməliyik və xahiş edirəm ki, siz də bizim narahatlığımızı bölüşəsiniz və qəbul edəsiniz. Əvvəla, sazişin preambulasında qeyd olunur ki, “tərəflər bu sazişi imzalayarkən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında 20 may 2002-ci ildə imzalanan müqaviləni, o cümlədən BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini nəzərə almalıdır”. Bu çox əhəmiyyətli bir məsələdir. Digər önəmli bir məsələ də var. Sazişin 11-ci maddəsində qeyd olunur ki, “tərəflər tarixi Xudafərin körpülərinin bərpası, qorunması və saxlanması üzrə tədbirlər planı hazırlayacaqlar. O cümlədən tərəflər Xudafərin körpülərinin dünya irs siyahısına salınması üçün müvafiq sənədləri birgə hazırlayaraq qeydə alınması üçün YUNESKO-nun dünya irs mərkəzinə təqdim edəcəklər”.
Amma burada suallar meydana çıxır. Birincisi, biz İranın rəsmilərindən və İranın din xadimlərindən soruşmalıyıq ki, İslamda, ümumiyyətlə, Şərqdə necə belə dostluq ola bilər? Biz eyni dinin, eyni zamanda, eyni məzhəbin daşıyıcılarıyıq. İranda 30 milyon azərbaycanlı öz tarixi ata baba torpaqlarında yaşayır. Həmçinin İran da qəbul edir ki, bizim torpaqlarımız işğal olunub. Amma İran işğalçı Ermənistanla əmkdaşlıq edir və bəyan edir ki, Ermənistan bizim ən yaxın siyasi müttəfiqimizdir. Sanki bizə acıq verirlər. Qeyri rəsmi söhbətlərdə də bildirirlər ki, “siz niyə İsraillə əməkdaşlıq edirsiniz?” Biz İsraillə ona görə əməkdaşlıq edirik ki, Israildən müasir silahlar alaq və işğal olunmuş müsəlman torpaqlarını – Dağlıq Qarabağı işğaldan azad edək”.
Millət vəkili həmçinin “bəs İran niyə Ermənistanla əməkdaşlıq edir?”,- deyə fikrini davam etdirib: “Əməkdaşlıq edir ki, Azərbaycan torpaqlarını işğalda saxlmağa davam etsin? Xarici mətbuatdan oxuduğuma görə, Seyid Əli Xamneyi parlamentarilərlə görüşündə deyib ki, “İranda etnik milli tektonik xətlər var və onu aktivləşdirmək istəyən düşmən qüvvələr səy göstərirlər”. Əslində bu səyi İran hakimiyyətinin özü göstərir. Rəhmətlik Çingiz Mustafayev Xocalı soyqırımından sonra orada erməni canilərinin törətdiyi cinayətlərin bir qismini lentə almışdı. Azərbaycanlıları Sarkisyanın başçılığı ilə ermənilər qətlə yetiriblər. Qadınlara, uşaqlara divan tutublar. Bununla da kifayətlənməyiblər. 3-4 yaşında qız uşaqlarını soyundurub təhqir ediblər. Onların şəkilləri var və bu kadrlar dəfələrlə nümayiş etdirilib. Ola bilməz ki, İran rəsmiləri bunu görməsinlər. Axı onlar müsəlman uşaqlarıdır. Onlar həm də İranda yaşayan 30 milyon azərbaycanlının bacı qardaşları idi. Bu tektonik xətləri bu cür ədalətsiz yanaşma, aparılan bu siyasət aktivləşdirir, biz aktivləşdirmirik. Ona görə ki, bu həm də Güney Azərbaycanda yaşayan azərbaycanlıların da namusudur. Qarabağ həm də İranda yaşayan 30 milyon bacı-qardaşlarımızın torpaqlarıdır. Qüds günü keçirilir. Qarabağ da bizim üçün Qüdsdür. Biz də Qarabağı azad etmək istəyirik. Ona görə də mən hesab edirəm ki, bu məsələdə Azərbaycan hökuməti, din xadimləri susmamalıdır”.
Millət vəkili həmçinin əlavə edib ki, hörmətli Şeyximiz Hacı Allahşükür Paşazadə kifayət qədər cəsarətli adamdır və Azərbaycan tarixinin müxtəlif keşməkeşli dövrlərində öz cəsarətli mövqeyi ilə həmişə seçilib: “Hesab edirəm ki, İranın din xadimlərinə, İran rəsmilərinə, Seyid Əli Xamneyiyə rəsmi müraciət etməlidir. Bizim hökumət də İranın bu davranışı ilə bağlı rəsmi müraciət ünvanlamalıdır. Nalbandyan Tehranda sanki bizə acıq vermək üçün az qala dünya səviyyəsində lider kimi qəbul edilir. Sarkisyanın Xocalıda əli qana batıb. Bu ən azı o cinayətlərə şərik olmaq deməkdir. Biz bu barədə açıq dasnışmalıyıq. Bundan başqa Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında da bu məsələni qaldrmalıdır ki, İranın bu davranışına, bu fəaliyyətinə mənəvi və siyasi qiymət verilsin. Bir tərəfdən Xudafərinlə bağlı YUNESKO-ya müraciət ünvanlamaq barədə danışırıq. Digər tərəfdən axı işğal olunmuş ərazilərdə minlərlə məscid dağıdılıb, belə deyək, İslam mədəniyyətinə, tarixinə məxsus nə qədər eksponatlar məhv edilib. Məscidlərimizin çoxu donuzxanaya çevrilib. Onlar bunu necə qəbul edirlər və biz niyə susmalıyıq? Ona görə də mən hesab edirəm ki, İranın bu günkü rəhbərliyinin Azərbaycana qarşı yürütdüyü syasət dost siyasəti deyil. Onlar Azərbaycanın inkişaf edən, öz ərazi bütövlüyünü bərpa edən, modern, dünyəvi bir dövlət olmasından yanlış olaraq həyəcanlanırlar. Amma burada onları narahat edən heç nə olmamalıdır. Əslində biz əlaqələrimizi inkişaf etdirməliyik. Azərbaycanla dostluq münasibətləri İranın sabitliyinə, regionun inkişafına xidmət edən faktordur. Əgər onlar 30 milyon azərbaycanlının – dini bir kənara qoyuram – milli kimliklərinə hörmət etməyəcəklərsə, bu formada həqarət edəcəklərsə, bu siyasətin acı nəticəsini dadacaqlar”.
Millət vəkili Güney Azərbaycanda yaşayan azərbaycanlılara da müraciət edib: “Soydaşlarımız da öz səsini qaldırmalıdır. Vaxtilə ruslarla farslar Azərbaycanı iki yerə bölüblər. Azərbaycanın bir hissəsində biz öz dövlətimizi qurmuşuq. Hesab edirəm ki, bu torpaqlar, Qarabağ həm də onların torpaqlarıdır. Ona görə də baş verənlərə onlar da biganə qalmamaldıırlar”.
Millət vəkili həmçinin Bakıda keçiriləcək “Formula 1” Avropa Qran-prisinə də münasibət bildirib. Qüdrət Həsənquliyev deyib ki, Bakıda keçiriləcək “Formula 1” Avropa Qran-prisi Azərbaycana turist gəlişi baxımdan çox əhəmiyyətlidir. Millət vəkili “Formula-1” Avropa Qran-prisi ilə bağlı Azərbaycan əhalisinə də müraciət edib: “Mən buradan Azərbaycan xalqına da müraciət edərək deyirəm ki, Bakıda keçiriləcək “Formula 1” Avropa Qran-prisinə sayılı günlər qalır. Bu yarışma çox bahalı və dünyada tanınan idman növüdür. Ona görə də xahiş edirəm ki, Azərbaycan əhalisi bu idman yarışını ailəvi olaraq gəlib izləsin və bundan həzz alsın, istirahət etsinlər. Bu oyunların əleyhinə aparılan kampaniyalara da fikir verməsinlər”.

Previous Post

BAXCP sədrindən İran rəhbərliyinə sərt sözlər

Next Post

Şok iddia: Türkiyə PKK ilə anlaşıb

Bənzər yazılar

Ukraynalı səfir İlham Əliyevə təşəkkür etdi

Ukraynalı səfir İlham Əliyevə təşəkkür etdi

17 Avqust 2026 - 14:30

"Azərbaycan Prezidenti İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam". Elchi.az xəbər verir ki, bu sözləri Ukraynanın Azərbaycandakı...

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev DSX-nin bir qrup hərbi qulluqçusunu təltif edib

17 Avqust 2026 - 12:24

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusu təltif edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam...

DSX-nin şəhid hərbi qulluqçuları “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

DSX-nin şəhid hərbi qulluqçuları “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

17 Avqust 2026 - 12:20

DSX-nin şəhid hərbi qulluqçuları və mülki işçisi “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Elchi.az xəbər verir ki, Prezident İlham...

Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib

Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib

17 Avqust 2026 - 11:54

Prezident İlham Əliyevin Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşü çərçivəsində Azərbaycan liderinə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib....

Next Post

Şok iddia: Türkiyə PKK ilə anlaşıb

Şok iddia: Türkiyə PKK ilə anlaşıb

Son xəbərlər

Ukraynalı səfir İlham Əliyevə təşəkkür etdi

Ukraynalı səfir İlham Əliyevə təşəkkür etdi

17 Avqust 2026 - 14:30
DİN əməliyyat keçirib, saxta profillərlə kiberdələduzluq edən 8 nəfər saxlanılıb – VİDEO

DİN əməliyyat keçirib, saxta profillərlə kiberdələduzluq edən 8 nəfər saxlanılıb – VİDEO

17 Avqust 2026 - 14:14
“Bu üç ölkədən birinə hücum edilərsə…” – Ərdoğan

“Bu üç ölkədən birinə hücum edilərsə…” – Ərdoğan

17 Avqust 2026 - 14:00
Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

17 Avqust 2026 - 13:45
İxtisas seçimi ilə bağlı vədlərə inanmayın!

İxtisas seçimi ilə bağlı vədlərə inanmayın!

17 Avqust 2026 - 13:30
İstanbul aeroportu rekord qırıb

İstanbul aeroportu rekord qırıb

17 Avqust 2026 - 13:16
Çin yeni bir peyk buraxıb

Çin yeni bir peyk buraxıb

17 Avqust 2026 - 13:00
Bu ilin I yarımilində yanğın zamanı 22 nəfər həlak olub

Bu ilin I yarımilində yanğın zamanı 22 nəfər həlak olub

17 Avqust 2026 - 12:52
Son altı ayda təbii və texnogen mənşəli hadisələrdə 28 nəfər ölüb

Son altı ayda təbii və texnogen mənşəli hadisələrdə 28 nəfər ölüb

17 Avqust 2026 - 12:43
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

17 Avqust 2026 - 12:30
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev DSX-nin bir qrup hərbi qulluqçusunu təltif edib

17 Avqust 2026 - 12:24
DSX-nin şəhid hərbi qulluqçuları “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

DSX-nin şəhid hərbi qulluqçuları “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

17 Avqust 2026 - 12:20
DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib – SƏRƏNCAM

DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib – SƏRƏNCAM

17 Avqust 2026 - 12:13
FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Son 6 ayda ölkə üzrə 46 partlayış baş verib

17 Avqust 2026 - 12:10
Yermakın Zelenskiyə təsiri hələ də davam edir

Yermakın Zelenskiyə təsiri hələ də davam edir

17 Avqust 2026 - 12:02
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.