Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanını, əsgər və zabitlərini və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir:
“Cənab Ali Baş Komandan,
Əziz əsgər və zabitlər,
Dəyərli həmvətənlər,
Sizi tarixi qələbəmizin üçüncü ildönümü – Zəfər Günü münasibətilə təbrik edir, möhkəm cansağlığı diləyir, xalqımıza rifah, əminamanlıq, firavan həyat arzulayıram.
Bu il Zəfər Günü hər bir azərbaycanlı üçün xüsusi məna daşıyır. Suverenliyimizin Azərbaycan Respublikasının bütün əraziləri üzərində bərpa olunması qazandığımız tarixi Zəfərin əhəmiyyətini daha da artırır, digər milli hədəflərimizə də çatacağımıza əminlik yaradır.
Şübhə etmirəm ki, milli iradəmiz və birliyimizlə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən layiqincə gələcək, Azərbaycanımızın hər qarışını cənnətə çevirəcəyik”.