Baxçalı Atatürkü ziyarət yürüşünə qatılmadı

🗓 30.08.2014 12:53 ✍️ "Elçi" qəzeti
Dövlət Baxçalı "Zəfər bayramı" ilə bağlı rəsmi tədbirlərə qatılmayıb.  Bu gün Türkiyənin milli bayramlarındanteleqraf.com1409383251devlet_5213 biri,  30 avqust - Zəfər Bayramı qeyd olunur. Bayramla əlaqədər hər il Prezidentin başçılığı altında dövlət rəsmiləri və vətəndaşlar Ankarada Anıtqəbirə yürüş təşkil edir.   Yeni prezident  Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında baş tutan yürüşə Türkiyənin Milliyətçi Hərəkət Partiyasının (MHP) rəhəbəri Dövlət Baxçalının qatılmaması isə diqqətdən yayınmayıb.   MHP-dən verilən məlumata əsasən, Baxçalı Türkiyənin başqa bölgələrində keçiriləcək tədbirlərdə iştirak edəcək.   Qeyd edək ki, hər il olduğu kimi, bu il də qardaş ölkənin Bakıdakı səfirliyində Zəfər bayramı təntənəli şəkildə qeyd olunacaq.

Bənzər yazılar