"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Başkəsən “kişilər”dən ayrılın…

18 Fevral 2016 - 14:07
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Başkəsən “kişilər”dən ayrılın... - Jalə Mütəllimovanın yazısı
Sizi bilmirəm, mən həmişə düşünmüşəm ki, hər ziyanlı, narahatlıq yaradan işdə mütləq bir xeyir olur. Məsələn, günlərin birində sizə ən böyük zərbəni vuran adama dönüb minnətdar olursunuz, çünki məhz ondan aldığınız zərbədən sonra ayağa qalxıb daha zərbə altına düşməmək üçün lazım olan bütün tədbirləri görüb güclü olmusunuz.
Demək istədiyim odur ki, son günlərin kriminal olaylarını müşahidə edib də mənim bu qiymət artımlarına, devalvasiyaya, bahalığa, kasıblığa minnətdar olmağım gəlir bir az da. Belə ki, sosial və maddi problemlərin bolluğu insanların xeylisinin həm də ciddi psixoloji problemi olduğunu ortaya çıxarır. İndi biz təkcə sosial problemlər üzündən yox, həm də psixoloji gərgin olan cəmiyyətimizi müalicə etməyin yolunu düşünüb tapmalıyıq. Yoxsa günbəgün daha böyük dəhşətlər, faciələr yaşayacaq Azərbaycan insanı.
Deyim ki, artıq az da qəssab dükanına bənzəməyə başlayıb ölkə. Ashaas, kəshakəsdir. Birini əvvəl öldürüb, sonra asırlar, guya kiminsə namusuna təcavüz edib, o biri bank borcuna görə özünü güllələyir, qonşu qonşusunun əllərini borcun əvəzində kəsib götürür, başqa biri arvadını baltalayır, biri oğlunu, o biri dədəsini. Nənəsini pul üstə doğrayan nəvə də görürük, nəvəsini söyüşə görə bıçaqlayan baba da. Başqa biri namussuzluq edən anasının qanını tökür. Sonra “şok olay!” qışqıran həmkarlardan eşidirik ki, adamın biri hətta cəsarət edib, özü öz boğazını kəsib. Bir də görürsən, qardaş bacını, bala ananı öldürtdürüb. Hərdən işi kimsəyə buraxmayan qardaşlar da görürük.
Qorxunc olaylardır. Amma nə yalan deyim, altı yaşlı uşağın atası tərəfindən boğazının kəsilərək öldürülməsi qədər sarsıdıcı gəlmədi mənə heç biri. Kim nə deyir, desin, bir uşağın yaşadığı bu dəhşəti heç nə ilə əsaslandırmaq, kimisə təmizə çıxarmaq olmaz. Nə ananı, nə də atanı…
Adam ağlının da ucundan keçirə bilmir ki, özün əzaba dözə bilmədiyin bir yerdə, hansi agilla ovladini qoyub gedər!
O xəbəri oxuyandan düşünürəm ki, yazıq uşaq atasının əlindən
tutub getdiyi yolun sonunda onu ölümün gözlədiyini ağlına belə gətirməzdi. O ölüm anını düşünəndə adam keçirdiyi hissin adını qoya bilmir… Eləcə qulağımda “ay ataaa….ay ata, noollaarrr, kəsməəə” hayqırtısı, iniltisi eşidirəm…Və birdən xırıldayıb kəsilən nəfəs, soyuq torpağa axan isti qan…Qaçıb gizlənən nadan bir ata… Bir də onu düçünürsən ki, bu boyda cinayəti törətmək üçün nə qədər qansız, ruhsuz, hissiz olmalıdır adam…
…Əslində o körpə bir nadan kişinin hikkəsinin, bir aciz cahil qadının xaraktersizliyinin qurbanıdır. İçən, çəkən, evinə heç olmasa bizim kənd adamlarının dediyi kimi, şor-əppək qazana bilməyən, işsiz-gücsüz, veyil, rəzil bir kişinin hikkəsininə normal qadın dözməzdi axı. Və bir də kasıbçılıq o demək deyil axı, sən nakişi olmalısan. Gedib oturub, içki içib, gəlib, arvad döyməlisən. Sənin acizliyinin günahkarı qadın deyil adam, özünsən… Nə yazıq ki, bunu o rəzil kişiyə kimsə deməyib, qadına da “döz, neynəyəsən ərindir, uşağın var” deyirlər, yüz faiz. Yəni nakişidən kişi düzəldib həm cəmiyyəti, həm də adamları bəlaya salırlar bu yolla.
Bütün yaxşı kişilər məni bağışlasın, amma qardaş, bir qadın ki, evində
kişi ola-ola kişisizlik üzündən qaçıb atası evinə getdisə, bu, həm  cəmiyyətdə ictimai qınağın olmamasının, biganəliyin nəticəsidir, həm də o kişinin xaraktersizliyinin göstəricisidir. Qadını geri qaytarmağın, yenidən əldə etməyin yolu bir körpəyə dəhşət yaşatmaqdan, onu yerə yıxıb boğazını kəsməkdən, sonra da şərəfsizcə cəsədini qoyub qaçmaqdan keçmir. Bu şəxsiyyət natamamlığı yaşayan kişinin mənasız mənəm-mənəmlik azarıdır.
Sözlərə baxın: “İçərəm, özüm bilərəm”, “çəkərəm, öz işimdir, sənə nə var”, “gəzərəm, özüm bilərəm”, “söyərəm, öz işimdir, döyərəm o da mənlikdir”. Sonra canım sizə desin, “icazə vermərəm”, “qadağan eləyərəm”, “elə geymə”, “belə yerimə”, “orda oturma”, “burda dayanma” və sair… Belə olayları o qədər sadalayaram ki, hamı, lap elə kişilər də dönər deyər, lələ, axı bu kişilik olmadı…
Bir də diqqət yetirilməli daha bir məsələ var. Bu kəsib-doğrama əməliyyatlarını, cinayətlərini törədənlərin hamısı kişilərdir. O xəbərlərin içində ərini öldürən qadın adına rast gəlmədim mən.
Elə o üzdən dözüb duran bütün qadınlara bir çağırışım var burdan. O cəmiyyətlər bərbaddır ki, orda qadınlar cahildir, avamdır, dözəndir, kölədir, haqqını yedirdəndir. Cəmiyyətin həmişə nümunə sayılacaq insanlarını, məmurunu, nazirini, prezidentini, alimini, ziyalısını, sərkərdəsini dünyaya gətirmək, böyütmək, tərbiyə eləmək hüququ əlliyə əlli yox, qırx doqquzun əlli birə nisbəti ilə bizdədir, qadınlarda. Özünüzü kimsəyə yedirtməyin. İçən, çəkən, söyən, döyən, sizi aşağılayan, bir sözlə, qadağalarla dolu boğaz, baş kəsməklə sözünün keçəcəyinə ümidli olan natamam kişilərdən ayrılın, qurtulun. Bu ayrılığı övladınızın edam gününə qədər uzatmayın, lütfən.
Previous Post

Başkəsən “kişilər”dən ayrılın…

Next Post

Azərbaycan bankları rus rublundan niyə imtina edir?

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Azərbaycan bankları rus rublundan niyə imtina edir?

Azərbaycan bankları rus rublundan niyə imtina edir?

Son xəbərlər

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

02 Avqust 2026 - 00:29
Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

01 Avqust 2026 - 20:13
“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

01 Avqust 2026 - 12:00
MİQ-in nəticələri açıqlanıb

MİQ-in nəticələri açıqlanıb

01 Avqust 2026 - 11:45
Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

01 Avqust 2026 - 11:21
“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

01 Avqust 2026 - 11:08
Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

01 Avqust 2026 - 10:55
Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

01 Avqust 2026 - 10:50
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

01 Avqust 2026 - 10:30
Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

01 Avqust 2026 - 10:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.