Slovakiyanın “Raj Milli Parkı”-da başında plastik nağara ilə gəzən ayı 17 gün sonra təbiəti mühafizə qrupları tərəfindən xilas edilib.
Elchi.az İHA-ya istinadən xəbər verir ki, Slovakiyada təbiəti mühafizə qruplarına bu barədə məlumat daxil olub. Hərəkətə keçən qruplar 17 gün sonra milli parkın Straten bölgəsində sözügedən ayını tapıb və xilasetmə əməliyyatına başlayıb.
Ayının başındakı konserv ilə uzun müddət sağ qalmasına və bu şəkildə su içməyi öyrənməsinə təəccübləndiklərini bildirən məmurlar baytarın köməyi ilə ayını yuxuya verib və plastik nağaranı başından çıxarıblar.
Baytar nəzarətindən sonra təbiətə buraxılan ayının çöl donuzları üçün buraxılmış 30 litrlik nağaradakı qarğıdalını yemək istəyərkən başını bankaya ilişdiyi müəyyən edilib.
Nuranə Məmmədova