"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Barselona terrorunun pərdəarxası – ekspertdən SOS

19 Avqust 2017 - 13:45
in XƏBƏR LENTİ
FacebookVatsap

İŞİD-in Avropada qan tökməsi terror təşkilatının yeni hücumlar planlaşdırdığını göstərir; İlham İsmayıl: “İmkan tapsalar, Azərbaycanda da nəsə etmək istəyərlər”

Bunu da oxuyun

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Avqustun 17-də axşam saatlarında İspaniyanın Barselona şəhərində törədilən terror aktı dünyanı hərəkətə gətirdi. Dəhşətli faciədə 13 insan həyatını itirdi, 100-dən çoxu da yaralandı. İŞİD terror təşkilatı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edək ki, yaralıların çox olması itkilərin sayının artacağı ehtimallarını artırır. Kataloniyanın daxili işlər naziri Jaoquim Çiariello açıqlama verərək, yaralıların vəziyyətinin ağır olduğunu, ölü sayının arata biləcəyini ifadə edib. Terrorçu saatda 80 km sürətlə sürdüyü mikroavtobusu çox adam ölsün deyə izdihamın üzərinə ziq-zaq xətt cızaraq sürüb. İspaniya rəsmiləri mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırıblar. Mətbuat konfransında hadisə ilə bağlı iki terrorçunun həbs olunduğu qeyd edilib. Terrorçulardan birinin Mərakeş əsilli Driss Oukabir olduğu bildirilib. O, terror aktında istifadə etdiyi mikroavtobusu kirayələyibmiş.

Image result for Barcelona terror attack

Bu terrorun acıları aradan qaldırılmamış saatlar sonra İspaniyanın Alkanar şəhərində sutka ərzində iki partlayış baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, birinci partlayış narkotik vasitələrinin istehsalı laboratoriyasında baş verib. Nəticədə bir nəfər ölüb, 7 nəfər yaralanıb. İkinci partlayış nəticəsində bir neçə nəfər yaralanıb. Onların arasında polis əməkdaşlarının olduğu bildirilir. Bir nəfərin vəziyyəti kritikdir. Təfərrüatlar açıqlanmır. Kataloniya polisinin rəisi Xosep Luis Trapero Alkanardakı partlayışların Barselonadakı partlayışlarla əlaqəli olduğunu istisna etməyib. Terror aktı ilə bağlı iş üzrə şübhəli şəxslərdən biri məhz Alkanarda həbs edilib.

“Barselonada törədilmiş terror hücumlarında həlak olan və yaralananlar arasında bu vaxta qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb”.

Image result for Hikmət Hacıyev

Musavat.com-un xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevdeyib. O bildirib ki, bu barədə Azərbaycanın İspaniyadakı səfirliyindən məlumat verilib: “Səfirliyimiz İspaniyanın müvafiq qurumları ilə təmasları davam etdirir. Terror hadisəsinin qurbanı olan bir neçə şəxs var ki, hələ onların şəxsiyyəti müəyyən olunmayıb. Əlavə məlumat olduğu təqdirdə, KİV-ə və ictimaiyyətə xəbər veriləcək”.

Image result for Barcelona terror attack

Faciə ilə bağlı prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib.

İspaniyanın turizm bölgəsində baş verən dəhşətli hadisənin təsadüf olmadığı vurğulanır. Şübhəsiz ki, terror aktı turistlərin bu bölgəyə axınının qarşısını alacaq. Bu da İspaniya iqtisadiyyatına ciddi zərbə vuracaq. Ekspertlər ardıcıl olaraq, Avropanın iri şəhərlərinin İŞİD-ın hədəfinə çevrilməsini son zamanlar terror təşkilatına qarşı aparılan mübarizə ilə əlaqələndirirlər.

Related image

Təhlükəsizlik üzrə ekspert, sabiq MTN polkovniki İlham İsmayıl hesab edir ki, hazırda kiçik deyil, böyük dövlətlər terrorun hədəfinə çevriliblər: “Terror siyasətə qarşıdır. Düzdür, İspaniya Almaniya, İngiltərə, Fransa, Amerika kimi dövlətlərə müqayisədə terrorizmə qarşı mübarizədə bir o qədər də önəmli rol oynamır. Hər hansı bir çağırışlarla da çıxış etmir. Amma bir şeyi nəzərə almaq lazımdır ki, İspaniyanın özündə millətçilərin özünün terror təşkilatı var. ETO adlanan bu təşkilat zaman-zaman üzə çıxıb. İspaniya doğrudur terrora qarşı mübarizə aparır, lakin öz ölkəsi daxilində. Beynəlxalq səviyyədə konvensiyaya qoşulub və bunun əsasında çıxış edir. Sadəcə İŞİD turizmin qaynadığı bir vaxtda əsas turizm məkanlarından biri hesab olunan Barselonada imkan tapıblar və buna görə də faciəni orada törədiblər. Əmin olun ki, səhəri gün imkan tapsalar, Azərbaycanda da etmək istəyərlər. Baxmayaraq ki, Azərbaycan dünya siyasətinə təsir edən dövlətlərdən deyil, dünya siyasətini də müəyyənləşdirən ölkələr sırasında yer almır. Amma mənim bildiyimə görə, onların buradakı tərəfdaşlarına belə bir tapşırıqlar olub ki, silahlar, partlayıcı maddələr əldə edə bilmirsinizsə, heç nə olmasa maşın götürüb insanların üzərinə sürün. Digər ölkələrdə olan tərəfdarlarına da bu cür tapşırıqlar veriblər. Səhəri gün terror Mərkəzi Avropanın kiçik dövlətlərinin birində də baş versə, bu o deməkdir ki, İŞİD bütövlükdə Avropanı hədəf götürür, bu cür hadisələr törətməklə dövlətlərin siyasətinə təsir etmək istəyirlər ki, İŞİD-dan əl çəksinlər. Əslində İŞİD-ın sonunu gətirmək üçün daha qətiyyətli addımlar atmaq lazımdır. Sadəcə bu məsələdə hələ də Bəşər Əsəd kimi mane olan qüvvə var. Onun nə zaman hakimiyyətdən gedib-getməyəcəyi məsələsi İŞİD-ın o vaxta qədər qalacağının təsdiqidir”.

Image result for Barcelona terror attack

Təhlükəsizlik eksperti terrorçuların daha çox avtomobillərdən istifadə edərək, bu cür hadisələr törətmələrinə də aydınlıq gətirdi: “Terrorda istifadə edilən ənənəvi üsullar əhəmiyyətini heç də itirməyib. Sadəcə bu metodlardan az istifadə olunur. Maşın götürüb insanların üzərinə sürmək çox asandır. Maşına böyük partlayıcı maddələr də yerləşdirmək asan olur. Biri var 10 nəfər öldürəsən, biri də var ki, maşını kütlənin üzərinə sürüb, daha çox insanın həyatına bais olasan. Köhnə üsullardan Avropada istifadə etmək o qədər də asan deyil. Avtomobillərdən istifadə etməklə terror hadisələri törətmək üsulu ilk dəfə Fransadan başladı. Sonradan Almaniya və İsrailə də keçdi. Partlayıcı maddələrin Avropaya keçirilməsi çox çətindir. Diqqət yetirin, Fransada terror törətmək üçün yük maşını götürülmüşdü, amma Barselonada bu olmadı, çünki şəhərin küçələri darısqaldır, şəhərə yük maşınları buraxılmır. Ona görə mikromaşından istifadə olundu. Terrorçuya yuxarıdan gələn tapşırıq belə olur, ”necə edirsən et özünü göstərməlisən”. İŞİD-ın ənənəvi metodlardan geri çəkilib, yeni metodlardan istifadəyə üstünlük verməsi zəiflik deyil. Yeri gələndə bu üsul effekt verir. Fransada 80-a yaxın insan öldürüldü, Barselonada da 13 nəfər həyatını itirdi”.

İ.İsmayıl Kataloniyanın müstəqilliyə gedən yolunda bu faciənin nə dərəcədə mane olacağı ilə bağlı suallara da münasibət bildirdi: “Bu fərqli mübarizədir. Orada fəaliyyət göstərən ETO təşkilatı Kataloniyanın müstəqilliyini tələb edir. Qanunverici yollarla məqsədlərinə də çox yaxınlaşıblar. Amma bu məsələ İŞİD-la bağlı olduğuna görə Kataloniya millətçiləri ilə İspaniya hökuməti arasında hansısa bir toqquşmaya səbəb ola bilməz. Həmçinin Kataloniyanın müstəqilliyə gedən yolunda da bu terrorun maneçiliyi olmaz. Əksinə Kataloniyanın müstəqillik yolundan bir az geri çəkilməsi indiki halda daha məqsədəuyğundur. Terrora qarşı mübarizədə bütöv İspaniya ilə birlikdə mübarizə aparmaq lazımdır. Səhəri gün Kataloniya strukturları yaradıb ortaya qoyana qədər çox hədəf olar. Ona görə düşünəcəklər ki, gələcəkdə daha çox hədəflərə tuş gələ bilərlər”.

Previous Post

Barselona terrorunun pərdəarxası – ekspertdən SOS

Next Post

Düşmən ölkədə müharibə gözləntisi pik həddə

Bənzər yazılar

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir...

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF...

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə Elchi.az - a BDU-nun...

Next Post

Düşmən ölkədə müharibə gözləntisi pik həddə

Düşmən ölkədə müharibə gözləntisi pik həddə

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.