“Barselona” tarixinin simvolik “11-liy”i müəyyənləşib.
“OneFootball” nəşri Kataloniya klubunun ən yaxşı oyunçularından ibarət rəmzi komanda formalaşdırıb.
Maraqlıdır ki, hazırkı heyətdən iki oyunçu da rəmzi komandaya düşüb. Bunlar yenidən kollektivə dönən Dani Alveş və kapitan Serxio Busketsdir. Nəşr həmçinin “Barsa”nın baş məşqçisi Xavi Ernandes və sabiq çalışdırıcısı Ronald Kumanı da fərqləndirib.
“Barselona” tarixinin rəmzi komandası: Andoni Subisarreta, Dani Alveş, Karles Puyol, Ronald Kuman, Siqfrid Qrasiya, Serxio Buskets, Xavi Ernandes, Yohan Kroyff, Ronaldinyo, Lionel Messi, Ladislav Kubala.
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
Noyabrın 14-dən 15-dək Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək Elchi.az Azərbaycan Cüdo Federasiyasının mətbuat...





















Son şərhlər