"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Banklara qarşı qurum- Antikollektor fəaliyyətə başladı

26 Fevral 2016 - 15:56
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

 Banklara qarşı qurum- Antikollektordan reportaj...Əkrəm Həsənov: “Şirkətin məqsədi gəlir götürmək deyil, ölkədə borc problemi içində olan on minlərlə insana yardım etməkdir”…

Ölkədə on minlərlə vətəndaşın banklarla bağlı problemi olduğu halda, onların hüquqlarını qoruyan normal bir qurum fəaliyyət göstərmir. Dollar kreditlərinin qanunsuz olduğu halda, banklar tərəfindən verilməsi, hər devalvasiyadan sonra həmin borcların şişməsi, üstəlik, vətəndaşların kredit müqavilələrində aldadılması və sair kimi problemlər hədsiz olsa da, vətəndaşlar hüquqlarını qorumaqda acizdirlər. Əksər vətəndaşların məhkəməyə çıxmaq üçün vəkil tutmağa pulu yoxdur, həm də hüquq məsləhəti belə ödənişlidir. Üstəlik, bu sahədə ixtisaslaşmış vəkillər çox deyil. Ancaq artıq vəziyyət dəyişməkdədir. Banklarla mübarizə aparacaq qurum- “Antikollektor” məhdud məsuliyyətli cəmiyyəti gəlir. Bir müddət əvvəl qeydiyyata alınan qurum artıq test şəklində fəaliyyətə başlayıb. Martın 1-də qurumun açılışı olacaq. Yeni qurum “bankların qənimi” kimi qiymətləndirilir.
Hələ açılışı olmasa da, qurum Bakıda, Puşkin küçəsi, 13A ünvanda ofisini açıb və fəaliyyət göstərir. Antikollektorun rəhbəri, hüquqşünas Əkrəm Həsənov deyir ki, sosial şəbəkə üzərindən borclu vətəndaşların çoxsaylı problemləri barədə müraciətlər, suallar alması antikollektoru yaratmaq fikrini ortaya çıxarıb: “Altı aydan çoxdur ki, sosial şəbəkə, “Feysbuk” üzərindən gündə onlarla məktub alıram. Hamısı banklarla bağlıdır, dollar krediti olanlar, işini itirib manat kreditini ödəyə bilməyənlər kömək istəyirlər. Ancaq məsləhət verdiyim adamlar gedirlər, bir müddət sonra yenidən yazırlar. Onlar müstəqil şəkildə hüquqlarını qoruya, müdafiə edə bilmirlər. Biz də bu qurumu bu səbəbdən yaratdıq. Hazırda ölkədə 2,5 milyon kredit ödəyicisi var”.
Ə.Həsənovun sözlərinə görə, onlara təkcə banka borclular deyil, qeyri-bank kredit təşkialtlarına, hətta fərdi sələmçilərə borcu olanlar da müraciət edə bilər: “Söhbət yalnız banklardan getmir. Əhalinin borcu ancaq banklara deyil, bank olmayan kredit təşkilatları var. Lombardlar, lizinq şirkətləri var, nisyə, kreditə mal verən dükanlar var. Məsələn, mebel alıb və aldadılıb, dollarla veriblər və sair. Sələmçilər var. Biz bütün borcluları müdafiə edə bilərik, bizə müraciət etsinlər. Geniş elan verəcəyik, buyurub gəlsinlər. Borcu varsa, onu aldadıblarsa, artıq məbləğ tələb edirlərsə, faiz, cərimə yazırlarsa, biz kömək edəcəyik. Yaxud vətəndaş işini itirib, borcunu qaytara bilmir və ona hədə-qorxu gəlirlər, biz ona da kömək edəcəyik. Borcluya zəng edirlər, qorxudurlar, hədələyirlər, bank işçisi, kollektorlar. məhkəmə icra məmuru borclunu qorxudur. Vətəndaşın hüquq təhsili yoxdur deyə, onunla bu tonda danışırlar, bizimlə isə belə danışa bilməyəcəklər. Biz bu həftəni test edirik və insanların hədsiz marağını görürük”.
 
Söhbətdən məlum olur ki, daha çox abnkları kütləvi məhkəmə prosesləri gözləyir: “Biz kütləvi şəkildə bankları məhəkməyə verəcəyik. Bizə müraciət edənlərin şikayətləri araşdırılacaq, sonra şikayətlər ümumiləşdiriləcək. Kütləvi şikayətlər vermək fikrimiz var. Çünki əks halda, məhkəmələr proseslərə baxıb çatdırmayacaqlar. Biz eyni tipli işləri birləşdirib eyni banklara qarşı ümumi, bir iddia ilə çıxış edəcəyik. Artıq 27 nəfər Bank VTB-ni məhkəməyə verib. vermişik. Bu, həm də borclulara sərf edir. O iş üzrə hüquqi xidmətim haqqını aralarında bölüşdürürlər”.
Hüquqi xidmət üçün ödənişə gəlincə isə, bu, vətəndaşın istənilən hüquq firmasına, vəkilə ödəyəcəyi məbləğdən qat-qat ucuz olacaq: “Vəkillər hətta konsultasiyaya görə pul alırlar. Vətəndaş da pulsuzluqdan bankı məhkəməyə vermir. Bizdə məsləhət pulsuzdur. Hətta ərizə formalarını pulsuz yazırıq. Vətəndaş istəsə, özü həmin ərizəni məhkəməyə verə bilər. Amma bizim vasitəmizlə məhkəməyə müraciət etmək istəyirsə, o halda da ödənilən məbləğ aşağı olacaq. Sonra planımızda var ki, o xidmət haqqını toplayaq, işçilərin əmək haqqını verək, ofis xərclərini qarşılayaq, yerdə qalan vəsaitlə isə aztəminatlılara, xüsusi qrup insanlara tamamilə pulsuz xidmət göstərək. Şirkətin məqsədi gəlir götürmək deyil, ölkədə borc problemi içində olan on minlərlə insana yardım etməkdir”.
Şirkətin iş prinsipi sadədir: “Vətəndaş gəlib anket üzrə müəyyən sualları cavablandıracaq, şəxsiyyət vəsiqəsinin, kredit, borc müqaviləsinin surətini təqdim edib gedəcək. Ona iki-dörd həftə ərzində cavab veriləcək. İşi təcili olan, məhkəməsi artıq başlayan borclulara dərhal yardım göstəriləcək. Şirkətin hüquqşünasları verilən işləri ümumiləşdirərək, məhkəmələrə müraciət hazırlayacaq vətəndaş isə ona verilən iş nömrəsi ilə proses barədə məlumat ala biləcək. Bəzi borclular heç məhkəməyə müraciət etməli deyillər. Tutaq ki, işini itirib, kreditini ödəyə bilmir, kredit üzrə girovu yoxdur, zamini yoxdur. Biz ona deyirik ki, məhkəmə səninlə bağlı qərar çıxarsa, bank udsa belə, verəcək heç nəyin yoxdur. Buna görə qərardan sonra sənə kömək edə bilərik, icraçı ilə danışarıq və sair. Vətəndaşın itirəcəyi nəsə yoxdursa, niyə xərc çəkib məhkəməyə müraciət etməlidir ki? Biz bəzən vəkillərin vətəndaşın bu cür durumundan istifadə etdiyini görürük”.
Ə.Həsənov vətəndaşlara müraciət edərək bildirib ki, gələrkən sənədlərin surətini gətirsinlər və kifayət qədər az vaxt ərzində problemlərini deməyə çalışsınlar: “Bizim ofisdə surət çıxarılmır. Buraya axın olsa, ona vaxt ayırmaq mümkün deyil. Hər bir vətəndaş yaxınlaşan kimi ona verilən konkret suallara cavab versə, işimiz yüngülləşər. Başqa vətəndaşlar da çox gözləməz. Vətəndaşlar daha çox insanın banklarla bağlı bir araya gəlməsində maraqlı olmalıdır”.
Vəkilin sözlərinə görə, banklar tərəfindən ehtimal edilən hər hansı təxribatlar səbəbindən ofisdə 11 kamera yerləşdirilib: “Ümid edirəm ki, ən azı, təzyiq olsa belə, qanun çərçivəsində olacaq. Antikollektorun bütün işçiləri ali hüquq təhsili olanlardır. Qanun yolu ilə onların qarşısını ala biləcəyik. Amma mətbuatın, sizin vasitənizlə demək istəyirik ki, təxribat etməsinlər, mənasızdır”.
Previous Post

Banklara qarşı qurum- Antikollektor fəaliyyətə başladı

Next Post

Ermənilər kütləvi şəkildə öz burunlarından imtina edirlər

Bənzər yazılar

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir...

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF...

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə Elchi.az - a BDU-nun...

Next Post

Ermənilər kütləvi şəkildə öz burunlarından imtina edirlər

Ermənilər kütləvi şəkildə öz burunlarından imtina edirlər

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.