"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

Banklar əhalini aldatmaqla pul qazanmaq istəyir

12 Yanvar 2016 - 09:01
in Kateqoriyasız
FacebookVatsap
Banklar əhalini aldatmaqla pul qazanmaq istəyir

Ekspertlər bildirirlər ki, müflislik həddində olan banklar əmanətlərin tam sığortalanmasını istəyir, çünki…

Bunu da oxuyun

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

Hakan Fidan misirli həmkarı ilə görüşdü

Son aylar əksər banklar əhalinin əmanətlərini verməkdən imtina edir. Bankların maliyyə durumunun yaxşı olmaması səbəbindən əmanətlərin qaytarılmasında problemlər yaranır. Ekspertlər detalları izah edirlər. Bildirilir ki, banklar əmanətçiləri aldadaraq müxtəlif ərizələr imzaladır.
“Son vaxtlar artıq bir neçə bank əhalinin əmanətini tam və ya qismən qaytarmaqdan imtina edir, yaxud dollar əmanətini manatla qaytarmağı təklif edir. Bu zaman əmanətçiləri müxtəlif bəhanələrlə aldadaraq özlərinə sərf edən ərizələrə imza atdırır. Məsələn, qorxudurlar ki, guya əmanət vaxtından əvvəl tələb edildikdə, lakin bank onu hələlik qaytara bilmədikdə, əmanət artıq sığortalanmış olmur” deyə, ekspert Əkrəm Həsənov məsələni izah edir.
Onun sözlərinə görə, Mülki Məcəllənin 947.2-ci maddəsinə əsasən əmanət müqaviləsinin şərtlərindən asılı olmayaraq, əmanətçinin ilk tələbi ilə bank əmanətin məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci 5 iş günü müddətində qaytarmalıdır. Vətəndaşın əmanəti ilk tələb üzrə almaq hüququndan imtina etməsi haqqında müqavilənin şərti əhəmiyyətsizdir. Əmanət də olduğu valyutada qaytarılmalıdır. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 27.1-ci maddəsinə görə, hətta Əmanətlərin Sığortalanması Fondu da dollar və avroda olan əmanətləri həmin valyutada ödəməlidir. Əlbəttə, əmanətçinin istəyi ilə əmanət manatla da qaytarıla bilər. Lakin əmanətçi bunu istəmirsə, xarici valyutada olan əmanəti bank həmin valyutada qaytarmalıdır”.
Ekspertin sözlərinə görə, buna görə də bankın əmanəti tam və ya qismən qaytarmaqdan, yaxud xarici valyutada olan əmanəti həmin valyutada qaytarmaqdan imtina etməsi kobud qanun pozuntusudur:“Bankın bu əməli ilə bağlı 2 dövlət orqanına, yəni Mərkəzi Banka və İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət edilə, həmçinin məhkəmədə iddia qaldırıla bilər. Ümumiyyətlə, belə halları ictimailəşdirmək lazımdır ki, həmin bankın etibarsız olduğunu hamı bilsin və ora pul qoyulmasın. Yeri gəlmişkən, normal bank sistemində sağlam banklar da bu ifşada maraqlı olmalıdır. Axı bərbad banklar bütövlükdə bütün banklara etimadı sarsıdır, iqtisadiyyatımıza zərbə vurur. Müəyyən texniki səbəblərdən bankın uzağı 1 günlük likvidlik problemi yarana bilər. Yəni hansısa bank gün ərzində əmanətləri qaytara bilmədikdə, bu, hələ onun müflis olması demək deyil. Belə halda Mərkəzi Bankın borcudur ki, sonuncu instansiya kreditoru olaraq həmin banka kredit versin. Lakin Mərkəzi Bank hesab etsə ki, sözügedən bankın problemi daha ciddidir, yəni o, artıq müflisdir, dərhal onun lisenziyasını almalıdır.
Bundan sonra əmanətçi əmanətini artıq Əmanətlərin Sığortalanması Fondundan ala bilər. Bizim Mərkəzi Bankın rəhbərliyi bankların qarşısında o qədər gözükölgəlidir ki, nəinki aylar, hətta illər boyu belə bankların lisenziyasını almır. Təbii, onlara kredit də vermir. Nəticədə zərəri əmanətçi çəkir: pulunu nə bankdan, nə də Əmanətlərin Sığortalanması Fondundan ala bilmir. Mərkəzi Bankın belə bankın lisenziyasını almaması həmçinin onunla bağlıdır ki, Mərkəzi Bank əmanətin Əmanətlərin Sığortalanması Fondu hesabına ödənilməsindən yayınmaq istəyir. Çünki həmin fondu faktiki olaraq Mərkəzi Bank idarə edir. Ehtimal etmək olar ki, fondun vəziyyəti qənaətbəxş olmadığından, Mərkəzi Bank fondun əmanətləri qaytara bilməyəcəyini bilir və bundan qorxur. Eyni zamanda da Mərkəzi Bank banklara elə bərbad nəzarət edib ki, böyük ehtimalla onların çoxunun müflis olduğunu gözəl bilir və fondun bütün əmanətləri qaytarmağa gücünün çatmayacağını anlayır. Məhz buna görə də lisenziyaların alınması prosesinə başlamaqdan qorxur. Əmanətlərin Sığortalanması Fondu dövlət qurumu deyil, əmanətlər dövlət tərəfindən sığortalanmayıb, dövlətin əmanətlərə görə heç bir məsuliyyəti yoxdur. Dövlət bankları olan Beynəlxalq Bank və AzərTürkBank istisnadır. Buna görə bankların kütləvi müflisliyi halında sözügedən fond əmanətləri qaytara bilməyəcək və özü də müflis olacaq. Başqa sözlə, əmanətlər batacaq”.
Ə.Həsənov qeyd edib ki, hazırda həm Mərkəzi Bankın rəhbərliyi, həm də bankların sahibləri və rəhbərləri vaxt udmaq istəyir: “Mərkəzi Bankın rəhbərliyi yəqin ümid edir ki, onu tezliklə dəyişdirəcəklər və zəruri qərarları yeni rəhbərlik verməli olacaq. Buna görə də bank sisteminin bərbad vəziyyətinə görə məsuliyyəti həmin yeni rəhbərliyin üzərinə qoymaq mümkün olacaq. Həmçinin yəqin ki, Mərkəzi Bankın rəhbərliyinin bankların qarşısında xeyli qeyri-rəsmi öhdəlikləri var. Bankların sahibləri və rəhbərləri isə vaxt udaraq öz vəsaitlərini banklardan çıxarmaq istəyir. Bunun üçün isə üç şey tələb olunur, imkan daxilində daha çox krediti qaytarmaq, əmanətləri qaytarmamaq, yeni əmanətlər cəlb etmək. Sonuncunu reallaşdırmaq üçün banklar yaxında əmanətlərin məbləğindən və faiz dərəcəsindən asılı olmayaraq tam sığortalanmasına nail olmaq istəyir.
Başqa sözlə, əhalini bu yolla şirnikləndirmək istəyirlər. Çünki manatın devalvasiyası nəticəsində xarici valyutada olan əmanətlərin xeyli hissəsi sığortalanmamış qalır. Əgər Mərkəzi Bank və banklar əmanətlərin tam sığortalanmasını mümkün hesab edirsə, niyə indiyədək bunu etməmişdilər? Niyə bank sisteminin yaxşı günündə bunu etmədilər, məhz pis günündə etmək istəyirlər? Deməli, bunu nə əhali, nə də ölkə iqtisadiyyatı üçün deyil, sırf öz şəxsi məqsədləri üçün etmək istəyirlər. Çünki problemli kreditlərin sayı arta-arta gedir, əmanətlər çıxarılır, buna görə də pulsuz qalıblar. Problemlərini yenə də əhalinin hesabına həll etmək istəyirlər”.
Previous Post

Banklar əhalini aldatmaqla pul qazanmaq istəyir

Next Post

Sanksiyalar arxa plana keçir?

Bənzər yazılar

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

17 Oktyabr 2026 - 13:59

Kristiano Ronaldo mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. Elchi.az xəbər verir ki, bu barədə Portuqaliyanın “SIC Notícias” telekanalı məlumat...

Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

17 Oktyabr 2026 - 13:41

Azərbaycan və NATO arasında "Sülh Naminə Tərəfdaşlıq Proqramı" çərçivəsində "Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü" təliminin 3-cü görüşü və 1-ci səviyyəli...

Hakan Fidan misirli həmkarı ilə görüşdü

Hakan Fidan misirli həmkarı ilə görüşdü

17 Oktyabr 2026 - 13:23

Türkiyə xarici işlər naziri Hakan Fidan Bağdadda misirli həmkarı Bədr Əbdüləti ilə görüşüb. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə...

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 - 13:10

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 627,8 mln. manat dəyərində...

Next Post

Sanksiyalar arxa plana keçir?

Rusiyadan ermənilərə “tərs şillə” effektli zərbə - tanınma olmayacaq

Son xəbərlər

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

17 Oktyabr 2026 - 13:59
Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

17 Oktyabr 2026 - 13:41
Hakan Fidan misirli həmkarı ilə görüşdü

Hakan Fidan misirli həmkarı ilə görüşdü

17 Oktyabr 2026 - 13:23
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 - 13:10
Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

17 Oktyabr 2026 - 12:56
Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

17 Oktyabr 2026 - 12:48
Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib

Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib

17 Oktyabr 2026 - 12:15
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

17 Oktyabr 2026 - 12:02
Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

17 Oktyabr 2026 - 11:39
Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

17 Oktyabr 2026 - 11:21
9 ayda əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərilib

9 ayda əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərilib

17 Oktyabr 2026 - 11:10
FIFA Türkiyə klubuna transfer qadağası qoydu

FIFA Türkiyə klubuna transfer qadağası qoydu

17 Oktyabr 2026 - 10:56
Azərbaycanda bu il avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Azərbaycanda bu il avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

17 Oktyabr 2026 - 10:54
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

17 Oktyabr 2026 - 10:42
Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

17 Oktyabr 2026 - 10:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.