"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Banklar QADAĞAYA keçdilər: kredit kartları donduruldu

29 Yanvar 2016 - 20:23
in XƏBƏR LENTİ
FacebookVatsap


İndi Azərbaycan banklarının kredit kartlarının istifadəçiləri alış-veriş üçün getdikləri mağaza və dükanlarda məyusluqla qarşılaşmalı olurlar.

Əksər kart sahibləri müştəriyə heç bir xəbər vermədən fəaliyyət müddəti bitməmiş kartların istifadəsini dondurublar. Bundan əlavə, banklar kartının fəaliyyət müddəti yeni bitmiş müştərilərin də müddəti uzatmaq barədə təkliflərini qəbul etmirlər və bunun müəyyən müddətə təxirə salındığını bildirirlər.

Bunu da oxuyun

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

anspress-in əməkdaşının fərdi qaydada bu sahədə ölkənin aparıcı banklarına etdiyi müraciətə cavab verən operatorlar müddəti bitməmiş kartların dondurulması zamanı müəyyən “qaydalara” əməl edildiyini bildirirlər:

“Əgər müştəri son 6 ay ərzində kartından istifadə etməyisə, fəaliyyəti avtomatik olaraq dondurulur. Həmçinin, ödənişlər zamanı gecikmələri olmuş müştərinin krediti tam ödənibsə, sonuncu dəfə nə zaman istifadə etməyinə baxmayaraq, kartın istifadəsi bank tərəfindən birtərəfli qaydada dayandırılır”.

Yalnız hazırda borcları olan kart istifadəçiləri istisnadır. Yəqin ki, borcları başa çatandan sonra onların kartlarının da istifadəsi dayandırılacaq. Bu “qaydalar”, demək olar ki, bütün aparıcı banklara şamildir.

Beləliklə, Azərbaycanın 1 milyona yaxın kredit kartı daşıyan bank müştərisi pərakəndə ticarət şəbəkəsində oxşar məyusluqla üzləşə bilərlər. Mərkəzi Bankın statistikasına görə, 2015-ci ilin sonuna Azərbaycan vətəndaşlarında 1 milyon 89 minə yaxın kredit kartı olub. Ölkədə 2 milyon ailə təsərrüfatının olduğu nəzərə alınarsa, orta hesabla ailələrin yarısını bu kartlarla bağlı məyusluq gözləyir.

Bununla da pərakəndə ticarətdə nağdsız hesablaşmaların payını artırmaqda əsas rol oynayan bu kartların Azərbaycanda son illərdə müşahidə edilən sürətli yüksəliş dövrü başa çatmaqdadır. Hələ 5 il öncə – 2010-cu ildə ölkədə cəmi 134 min kredit kartı vardı. Amma sonrakı ildə kartların sayı həndəsi silsilə ilə artdı və 2014-cü ildə zirvə göstəricsi – 1,3 milyon kart sayı qeyd olundu.

İndi isə göründüyü kimi, kredit kartı sayı sürətlə üzü aşağı yuvarlanmağa doğru gedir. Bu məsələdə banklarla yanaşı ticarət şəbəkəsinin də rolu çoxdur. İri mebel, geyim və elektronika dükanları malları nağd pulla satmağa üstünlük verirlər. Çünki həmin pullar iş gününün axşamı dollara çevrilir və bu da manata təzyiq yaratmaqla ticarət dövriyyəsinə mənfi təsiri bir az da gücləndirir.

Bank sahəsində fəaliyyət göstərən hüqüqşunas, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov məsələ ilə bağlı ANS PRESS-ə müsahibəsində əsas diqqəti müştəri hüquqlarının pozulmasına yönəldib:

“Kredit kartlarının bank tərəfindən müştəriyə xəbərdarlıq elənmədən birtərəfli qaydada bağlanması qanun pozuntusudur. İstənilən kart kredit xətti sayılır. Bank o xətti bağlamazdan əvvəl müştərinin maliyyə vəziyyətinin pisləşdiyini sübut etməlidir”.

Əkrəm Həsənov bankların bu addımı atmaqla müştərinin Mülki Məcəllənin 746-cı madəsində təsbit edilmiş hüququnu pozduqlarını vurğulayır. Sözügedən maddədə deyilir:

“Borc vermək vəd edildikdə, vəd edən borc verməkdən o halda imtina edə bilər ki, digər tərəfin əmlak vəziyyəti borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşmiş olsun. Borc vermək vədi yazılı surətdə tərtib edilməlidir”.

Yəni bu edilməyib və banklar kütləvi şəkildə kredit kartlarını bağlamağa qərar veriblər. Buna görə də Əkrəm Həsənov müştərilərin məhkəməyə müraciət edərək dəyən zərərə görə kompensasiya tələb edə biləcəklərini söyləyir:

“Məhkəmələrlə yanaşı, Mərkəzi Banka, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət edib dəyən ziyanı və ödədiyi komisyon haqqını tələb edə bilərlər”.

Ekspertin fikrincə, bəzi aparıcı bankların bu addımı ölkənin bank sisteminə olan etirabarını da aşağı salır: “Kredit kartlarını bağlayanlar elə də yoldan ötən banklar deyil, beynəlxalq səviyyədə tanınmış, beynəlxalq reytinq dərəcəsi almış banklardır. Onların müştəri etibarını qazanmaq üçün bu illər ərzində apardığı bütün siyasət sıfıra gedəcək”.

Əslində, banklar imicləri üçün arzuolunmaz olan bu addımdan çəkinə bilərdilər. Eyni problemlə üzləşən bir sıra MDB ölkələrində kredit kartları ilə bağlı bu cür kəskin addım atmayıblar. Məsələn, 2015-ci ildə 40 faiz devalvasiya qeydə alınmış Belarusda yanvar ayında kredit kartlarından maksimum istifadə qeydə alınıb. Banklar mümkün devalvasiya ehtimalını nəzərə alaraq uzun müddətli istifadə edilən məişət əşyalarının kreditlə satışını dəstəkləyiblər. Bu kartlar üzrə kredit dərəcələri 47-50% ətrafında dəyişsə də müştəri sayı azalmayıb.

Azərbaycan da bütün ehtimalları nəzərə alaraq kredit kartları üzrə dərəcələri müəyyən qədər qaldıra bilərdi. Bir sıra yerli istehsal məhsullarının – mebel və elektron texnikasının, ev əşyalarının bu kartlar vasitəsi ilə satışı həm ticarət dövriyyəsinin, həm də yerli istehsalın canlanmasına səbəb ola bilərdi.

Previous Post

Banklar QADAĞAYA keçdilər: kredit kartları donduruldu

Next Post

Türkiyə Səfirliyinin müşaviri: “ƏSLİM QƏRBİ AZƏRBAYCANDANDIR” – Müsahibə

Bənzər yazılar

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir...

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF...

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə Elchi.az - a BDU-nun...

Next Post

Türkiyə Səfirliyinin müşaviri: "ƏSLİM QƏRBİ AZƏRBAYCANDANDIR" - Müsahibə

Türkiyə Səfirliyinin müşaviri: "ƏSLİM QƏRBİ AZƏRBAYCANDANDIR" - Müsahibə

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.