Balotelli "Arsenal"dan yüksək maaş tələb edir

🗓 22.07.2014 17:01 ✍️ "Elçi" qəzeti
"Arsenal" klubu yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.img1608016
Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, London təmsilçisi "Milan"ın forvardı Mario Balotellini heyətinə qatmağı planlaşdırır.
Lakin Qana əsilli italiyalı futbolçu "Arsenal"dan yüksək maaş tələb edib. Balotelinin illik 6.3 milyon avro maaş tələb etməsi "topçular"ı narazı salıb.
Qeyd edək ki, 23 yaşlı futbolçu "Milan"da ilinə 4 milyon avro qazanır.

Bənzər yazılar