"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Balina piyi Bakıda necə “kərə yağı” olur…

30 Sentyabr 2016 - 10:22
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Anar Yusifoğlu yazır: “Vaxtımı dondururam…

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

Balina piyi Bakıda necə “kərə yağı” olur...  Ekspert keyfiyyətli məhsulu tanımağın sadə üsullarını sadaladı

Kərə yağları azərbaycanlıların qida rasionunun vazkeçilməzi hesab edilir. Əksəriyyət kərə yağlarından yalnız səhər yeməyində deyil, həm də bütün yeməklərin hazırlanmasında istifadə edir. Bəs istifadə etdiyimiz yağların tərkibi nə dərəcədə təmizdir?
Heç kimə sirr deyil ki, mətbuatda məhz kərə yağlarının keyfiyyəti məsələsi tez-tez gündəmə gətirilir və müzakirə mövzusu olur. Satışda olan yağların əsl kərə yağı olmadığı, bu yağların heyvanların iç piyi və bitkilərdən, həmçinin kimyəvi maddələrdən hazırlandığı iddia edilir. Mütəxəssislər 1 kiloqram kərə yağının istehsalı üçün azı 20 litr yüksək keyfiyyətli südə ehtiyac olduğunu bildirirlər. Südün topdansatış bazar qiyməti isə 40 qəpikdən az deyil. Bu halda 1 kiloqram kərə yağının maya dəyəri üzərinə istehsal, daşınma, satış xərcləri, vergilər, müəssisənin qazancını da əlavə etsək, onun 1 kiloqramı 7 manatdan aşağı ola bilməz. Ancaq Azərbaycan bazarında 3-5 manata kərə yağları satılır. Təəccüblüsü odur ki, 3 manata satılan bu yağların alıcıları kifayət qədərdir. Bu yağların üzərinə “Moskva” və ya “Rusiya” yazılır. Təbii ki, 3 manata satılan yağların doğrudan da Rusiya istehsalı olması inandırıcı deyil. Çünki satışda olan qiymət yağın heç Azərbaycana idxalına çəkilən xərci ödəmir. Ümumiyyətlə, Azərbaycanda əhalinin kərə yağına olan illik tələbatı təxminən 35 min tondur. Bunun üçdə ikisi ölkədə istehsal olunur, qalanı xaricdən gətirilir. Azərbaycanda kərə yağının istehsalı məhdud çərçivədə olduğu üçün bu məhsul ölkəmizə əsasən Yeni Zelandiya, Rusiya, Avstraliya, Ukrayna və Pribaltika ölkələrindən idxal edilir.
Mağazalarda kərə yağlarının qiymətləri ilə tanış olmaq, həmçinin əhalinin daha çox hansı kərə yağlarına üstünlük verdiyini öyrənmək üçün bir neçə marketə baş çəkdik. Mağazalarda istənilən qiymətə kərə yağı tapmaq mümkündür. Ən ucuz kərə yağları 3 manata satılır. Bu yağların Rusiya istehsalı olduğu deyilsə də, mağazalarda bunu təsdiq edəcək heç bir yazıya, sertifikata rast gəlmədik. Bir çox yağların üzərinə rus adları yazmaqla istehlakçıları yağın Rusiya istehsalı olması haqda təəssürat yaratmağa çalışsalar da, yağın üzərindəki çox kiçik hərflərlə yazılmış rekvizit məlumatları oxuyanda yağın əslində Azərbaycan istehsalı olduğu anlaşılır. Ucuz qiymətə satılan bu yağların tərkibinin əsas hissəsi trans, bitki yağları və palma yağlarıdır ki, onlara da xüsusi maddələr qatılaraq kərə yağının dadı və ətri alınır. Apardığımız sorğu zamanı məlum oldu ki, əhalinin daha çox üstünlük verdiyi kərə yağları “Ankor” və “Vestgold” yağlarıdır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov yağların içinə balina yağı və heyvanların iç piyinin qatıldığını dedi: “Çox təəssüf ki, ölkədə kərə yağlarının dəqiq mükəmməl ekspertizası aparılmır. Uzun müddət ölkədə balina yağı, heyvanın iç yağlarından qatıb, üzərinə ekoloji cəhətdən təmizdir yazılmış və kərə yağını imitasiya edən, açanda onun qoxusunu verən ”Toplyonoye maslo”, “Novvejskoye maslo” olub. Bunların üzərində inək şəkli vardı. Hətta yerli «Fazil» firması kərə yağını imitasiya edən və tərkibində ümumiyyətlə kərə yağı olmayan kərə yağına bənzər mallar buraxırdı. İnsanlar da bunu kərə yağı kimi alırdı. Kərə yağı ilə bağlı bu çətinlik məni beynəlxalq konfransa gedən zaman Yeni Zelandiyadan Azərbaycana gətirilən kərə yağı zavodunda olmağa məcbur etdi. Mən Yeni Zelandiyada istehsal edilib Azərbaycana göndərilən kərə yağının monitorinqini apardım. Məlum oldu ki, orda Azərbaycan dilində etiketlənir və təmiz süddən hazırlanıb, heç bir qatqı olmadan Azərbaycana kərə yağı göndərilir. Onu da qeyd edim ki, kərə yağı bazarı kifayət qədər kirlənmiş vəziyyətdədir. Xüsusən də dəmir qablarda qablaşdırılmış, açanda kərə yağının qoxusunu verən, hansı ki, bu qoxuya kimyəvi maddələr vasitəsilə nail olunur, onların kərə yağı ilə heç bir əlaqəsi yoxdur. Məsələn, mən “Vestgold” yağını istehsal edən zavodda oldum və oranın iqtisadiyyat naziri ilə bizim telefon söhbətimiz oldu, müəyyən informasiyalar əldə etdim. Yeni Zelandiyadan Azərbaycana normal, təmiz kərə yağı göndərilir. Mən fikirləşirəm ki, digər zavodlarda da olub monitorinqlər aparmalıyıq”.
 
Keyfiyyətli kərə yağını necə tanımağın yollarından danışan qurum sədri kərə yağının rənginin açıq sümük rəngində olmalı olduğunu dedi: “Kərə yağı tünd sarı rəngdə olmamalıdır. Kərə yağını kəsəndə eyni rəngli qatlar görünməlidir. Normal kərə yağı ilə qatqılı kərə yağını dükanda bu cür ayırd etmək olar. Yaxınlaşsınlar mağazada yağ bölməsinə. Görəcəklər ki, bütün yağlar eyni temperaturda qoyulub. Sıxıb baxsınlar. Hansı yağ bərkdirsə, o təmiz kərə yağıdır. Hansı yağ eyni temperaturda olmasına baxmayaraq boşdursa, o təmiz kərə yağı deyil. Əsl kərə yağı kəsiləndə parçalanıb tökülməlidir, səlis kəsilməməlidir. Ona görə də kərə yağının donma temperaturu daha azdır, nəinki qatqılı yağlar. Kərə yağlarının qatqılı olub-olmamasını o cür yoxlamaq olar. Kərə yağını əritməklə, onun qoxusu ilə də bunu ayırd etmək olur. Amma dükandan alarkən yuxarıda sadaladığım formada yoxlaya bilərlər. Azərbaycanda ”Səba” firması, “Səhliyalı” və bir neçə firma kərə yağı istehsal edir. Bir dəfə “Azərsun” bizi istehsalçı təşkilat olaraq çağırıb yağlarına baxmağa. Onlar Zelandiyadan gətirdikləri yağı nümayiş etdiriblər ki, bu da normal idi. Ancaq digər zavodlarda olmamışıq. Qəzet vasitəsilə onu da deyim ki, rayonlardan xüsusilə qatar vasitəsilə gələn camış yağı adı ilə satılan ağ yağlar çox şübhəli yağlardır. Onların tərkibinə əksər hallarda marqarinlər və bitki yağları qarışdırılır. Bu qarışımlar birbaşa nehrədə qarışdırılır. Əhali əldə satılan ağ yağların təmiz yağ olmasına aldanmasın”.
Previous Post

Balina piyi Bakıda necə “kərə yağı” olur…

Next Post

`Qarabağ münaqişəsinin həlli mümkün deyil` – Kerridən sensasion açıqlama

Bənzər yazılar

Anar Yusifoğlu yazır: “Vaxtımı dondururam…

Anar Yusifoğlu yazır: “Vaxtımı dondururam…

11 Sentyabr 2026 - 11:30

Xərçəngə nifrət edirəm! Bu sözləri yazmaq belə qəribə hissdir. Çünki insan adətən nifrət sözünü bir insana, bir haqsızlığa, bir xəyanətə...

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

10 Sentyabr 2026 - 23:09

Binəqədi rayonunda, Gülməmməd Ramazanov küçəsinin Emin Bağırov küçəsindən Həsən bəy Zərdabi küçəsinədək olan hissəsində təmir işləri aparılır. Bu barədə Elchi.az...

İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

10 Sentyabr 2026 - 23:02

ABŞ-nin Hərbi Dəniz Qüvvələri (HDQ) Nazirliyindən bildirilib ki, İran ABŞ-nin Bəhreyndəki hərbi obyektlərinə ciddi ziyan vurub. Elchi.az  xəbər verir ki,...

İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib

İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib

10 Sentyabr 2026 - 21:54

İran Silahlı Qüvvələri son raket hücumu zamanı ABŞ-nin İordaniyadakı bazasındakı hərbi təyyarələrinə zərər vurmayıb. Elchi.az xəbər verir ki, bunu ABŞ...

Next Post

`Qarabağ münaqişəsinin həlli mümkün deyil` - Kerridən sensasion açıqlama

`Qarabağ münaqişəsinin həlli mümkün deyil` - Kerridən sensasion açıqlama

Son xəbərlər

Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub

Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub

11 Sentyabr 2026 - 12:29
Milli Məclisin iclası başlayıb

Parlamentdə təhsillə bağlı ictimai dinləmələr keçiriləcək

11 Sentyabr 2026 - 12:18
Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib

11 Sentyabr 2026 - 12:11
Bakıda 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15-də işlər davam edir

Bakıda 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15-də işlər davam edir

11 Sentyabr 2026 - 12:04
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir

Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir

11 Sentyabr 2026 - 11:55
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb

Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb

11 Sentyabr 2026 - 11:46
Yuxu zamanı işığa məruz qalmaq ürək sağlamlığına zərər verir

Yuxu zamanı işığa məruz qalmaq ürək sağlamlığına zərər verir

11 Sentyabr 2026 - 11:38
Anar Yusifoğlu yazır: “Vaxtımı dondururam…

Anar Yusifoğlu yazır: “Vaxtımı dondururam…

11 Sentyabr 2026 - 11:30
Trampın 5 min dollarlıq çek vədi hökumətdə qarışıqlıq yaratdı

Trampın 5 min dollarlıq çek vədi hökumətdə qarışıqlıq yaratdı

11 Sentyabr 2026 - 11:27
Kaliforniyada uşaqların internet istifadəsinə qoruma

Kaliforniyada uşaqların internet istifadəsinə qoruma

11 Sentyabr 2026 - 11:16
İrəçi: ABŞ xalqı İsrailin müharibələrinin bədəlini ödəməməlidir

İrəçi: ABŞ xalqı İsrailin müharibələrinin bədəlini ödəməməlidir

11 Sentyabr 2026 - 11:08
Ağdərədə mina partlayışı baş verib

Ağdərədə mina partlayışı baş verib

11 Sentyabr 2026 - 10:59
Qarabağ və Şərqi Zəngəzurda məktəblərin sayı 52-yə çatdırılacaq

Qarabağ və Şərqi Zəngəzurda məktəblərin sayı 52-yə çatdırılacaq

11 Sentyabr 2026 - 10:50
Tədris distant təşkil edilən məktəblərin sayı artırılacaq

Tədris distant təşkil edilən məktəblərin sayı artırılacaq

11 Sentyabr 2026 - 10:44
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib

Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib

11 Sentyabr 2026 - 10:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.