Balakən rayon Təhsil Şöbəsi rayonda çalışan müəllimlərə vahid geyim forması tələbi qoyulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. |
Bununla bağlı bildirilib ki, bu məlumat tamamilə yanlışdır, heç bir məktəbə belə tələb qoyulmayıb. Direktorların və müəllimlərin iclasında müəllimlərin geyimlərinin vahid formada deyil, pedaqoji fəaliyyətə uyğun olması barədə tapşırıq verilib, şagirdlərin fikrini yayındırdığına görə bəzək əşyalarından istifadəyə məhdudiyyət qoyulub.