"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Bakının mərkəzində növbəti “ağac qətliamı”… – FOTOLAR

04 Fevral 2015 - 18:41
in XƏBƏR LENTİ
FacebookVatsap
Bakının mərkəzində növbəti “ağac qətliamı”... - FOTOLARSalatın Əsgərova küçəsində yaşıllıq kütləvi şəkildə məhv edilir; Həmin ərazinin dövlət məmuru tərəfindən özəlləşdirildiyi iddia edilir

Bakının Nəsimi rayonu ərazisindəki Salatın Əsgərova küçəsində ağaclar kütləvi şəkildə kəsilir. “Ağac qətliamı” prosesi fevralın 3-dən etibarən başlayıb.
Hadisə yerində olduğumuz zaman artıq yaşıllıqların məhv edilməsi prosesi başa çatmaq üzrə idi. Ağacları kütləvi şəkildə məhv edən şəxslərin də mövqeyini öyrənməyə çalışdıq.
Amma bu, mümkün olmadı. Onlar çəkilişimizə əngəl olmağa, kadrlara düşməməyə çalışırdılar. Adının açıqlanmasını istəməyən və “Ağac qətliamı”na rəhbərlik edən şəxs onlara verilən tapşırığı icra etdiklərini bildirdi: “Təbii ki, heç kəs özbaşına şəhərin mərkəzində belə işlər həyata keçirə bilməz. Biz sadəcə, tapşırığı icra edirik. Özünüz araşdırsanız, bu, məlum olacaq. Hansısa bir qurumun, şəxsin adını hallandırmaq istəmirəm. Ağacların kəsilməsinin səbəbi ilə bağlı da bizə heç nə deyilməyib”.
Sakinlərin iddialarına görə, ağacların kəsilməsi qarşıdan gələn Birinci Avropa Yay Olimpiya Oyunları və ərazidəki yaşayış evlərinin sökülməsi ilə əlaqədardır. Sakinlər iki il öncədən ərazidəki həyət evlərinin söküləcəyi ilə bağlı onlara xəbərdarlıq edildiyini bildirdilər.
Həmin ərazidə yaşayanlardan Natiq adlı ağsaqqal kəsilən ağacların hansı səbəbdən məhv edildiyinin onlara məlum olmadığını söylədi: “50 ildən çoxdur ki, bu ərazidə yaşayıram. Gözlərimi açandan bu ağacları görmüşəm. Gözlərimin qarşısında böyüyüblər. Təəssüf ki, indi ağacların məhv edildiyinin şahidi oldum. Bu, vandalizmdir. Ağaclar ətrafa gözəllik verirdi. Ağacların kəsilməsinin səbəbini soruşduq. Konkret cavab verən olmadı. Bu qədər özbaşınalıq olmaz. Eşitmişik ki, guya bu, yayda keçiriləcək yarışlarla bağlıdır. Açıqca görünür ki, bu ərazinin heç nəyə maneçiliyi yoxdur. Bunlar bizi ərazidən köçürməyə hazırlıq işləri görürlər. Bununla bağlı sakinlər olaraq, aidiyyatı orqanlara müraciət edəcəyik”.
Adının çəkilməsini istəməyən sakinlərdən biri daha şok iddialar səsləndirdi: “Hələ bir müddət bundan öncədən eşitmişəm ki, bu ərazi dövlət məmurlarından biri tərəfindən özəlləşdirilib. Ona görə də, hissə-hissə ərazidə “təmizləmə işi” aparırlar. Elə edəcəklər ki, sonda yalnız sakinlər burada qalacaq. Onları çıxarmaq isə asan olacaq. Araşdırılma aparılsa, hər şey çılpaqlığı ilə üzə çıxacaq. Əslinə qalsa, sakinlərin çox hissəsi bundan xəbərdardır. Sadəcə, qorxularından demirlər”.
Digər sakinlərin fikirlərini də öyrənməyə çalışdıq. Lakin israrla müsahibədən yayındılar.
Onu da qeyd edək ki, kəsilən ağaclar qısa müddət ərzində ərazidən götürülürdü. Yeri isə tamam təmizlənirdi. Bütün bunlar sakinlərin iddialarının həqiqətə yaxın olduğunu göstərirdi.
Axşam saatları olduğunu görə aidiyyatı orqanların bu məsələ ilə bağlı mövqeyini öyrənə bilmədik.
Mövzuya yenidən qayıdacağıq.
Cavanşir ABBASLI,
Fotolar müəliffindir.





Bunu da oxuyun

MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb

Netanyahu Trampın çağırışına baxmayaraq, Qəzzaya zərbələri dayandırmaqdan imtina edib

Previous Post

Bakının mərkəzində növbəti “ağac qətliamı”… – FOTOLAR

Next Post

Rusiya BMT layihəsi çərçivəsində Ermənistana 5 milyon dollar ayırıb

Bənzər yazılar

MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

05 Avqust 2026 - 11:48

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzun maddi-texniki təminatı daha da gücləndirilir...

Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb

Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb

04 Avqust 2026 - 23:48

Yayın əvvəlindən Fransada meşə yanğınlarının baş verməsində iştiraka görə şübhəli bilinən 402 nəfər saxlanılıb, onların arasında 156 yetkinlik yaşına çatmayan...

Netanyahu Trampın çağırışına baxmayaraq, Qəzzaya zərbələri dayandırmaqdan imtina edib

Netanyahu Trampın çağırışına baxmayaraq, Qəzzaya zərbələri dayandırmaqdan imtina edib

04 Avqust 2026 - 23:47

İsrail HƏMAS tamamilə ləğv olunana qədər Qəzza zolağındakı mövqelərini tərk etməyəcək. Elchi.az - ın məlumatına görə, bu barədə İsrailin Baş...

“Politico”: ABŞ Kubadakı kəşfiyyat qüvvələrinin sayını artırır

“Politico”: ABŞ Kubadakı kəşfiyyat qüvvələrinin sayını artırır

04 Avqust 2026 - 22:45

Son aylarda ABŞ Kubadakı kəşfiyyat qüvvələrinin sayını artıraraq ölkə hakimiyyətinə islahatlar keçirmək və ya istefaya getmək məqsədilə təzyiq göstərir. Elchi.az...

Next Post

Rusiya BMT layihəsi çərçivəsində Ermənistana 5 milyon dollar ayırıb

Rusiya BMT layihəsi çərçivəsində Ermənistana 5 milyon dollar ayırıb

Son xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

05 Avqust 2026 - 15:45
Sabahın havası açıqlanıb

Sabah 39 dərəcə isti olacaq

05 Avqust 2026 - 12:25
Azərbaycan gömrükçüləri İrandan Britaniyaya yük aparan maşında 4,5 kq tiryək aşkarlayıblar- FOTO

Azərbaycan gömrükçüləri İrandan Britaniyaya yük aparan maşında 4,5 kq tiryək aşkarlayıblar- FOTO

05 Avqust 2026 - 12:20
“Dinamo” ilə oyuna istədiyimiz kimi hazırlaşmışıq

“Dinamo” ilə oyuna istədiyimiz kimi hazırlaşmışıq

05 Avqust 2026 - 12:11
İtaliyada güclü istilər: 27 şəhərdə qırmızı həyəcan

İtaliyada güclü istilər: 27 şəhərdə qırmızı həyəcan

05 Avqust 2026 - 12:00
Bağça müəllimlərinin işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi məlum olub

05 Avqust 2026 - 11:51
MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

05 Avqust 2026 - 11:48
Tailandda matç zamanı sahəyə ildırım düşdü: Futbolçu öldü

Tailandda matç zamanı sahəyə ildırım düşdü: Futbolçu öldü

05 Avqust 2026 - 11:42
ABŞ-da yeni epidemiya xəbərdarlığı!

ABŞ-da yeni epidemiya xəbərdarlığı!

05 Avqust 2026 - 11:34
Rusiyanın Kiyevə hücumlarında 14 nəfər həlak olub

Rusiyanın Kiyevə hücumlarında 14 nəfər həlak olub

05 Avqust 2026 - 11:27
Süni intellektin aldatma bacarığı yeni səviyyəyə çatdı

Süni intellektin aldatma bacarığı yeni səviyyəyə çatdı

05 Avqust 2026 - 11:16
SpaceX raketi Aya düşəcək

SpaceX raketi Aya düşəcək

05 Avqust 2026 - 11:08
Tramp: İranla danışıqlar yaxşı gedir, Hörmüz boğazı tezliklə açılacaq

Tramp: İranla danışıqlar yaxşı gedir, Hörmüz boğazı tezliklə açılacaq

05 Avqust 2026 - 10:55
Nəhəng asteroid 2029-cu ilin aprelində Yerin yaxınlığından keçəcək

Nəhəng asteroid 2029-cu ilin aprelində Yerin yaxınlığından keçəcək

05 Avqust 2026 - 10:47
FIFA-nın növbəti prezidenti sabiq qadın futbolçu ola bilər

FIFA-nın növbəti prezidenti sabiq qadın futbolçu ola bilər

05 Avqust 2026 - 10:39
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.