"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Bakının “maşın qəbristanlığı”ndakı qanlı avtomobillər

14 Yanvar 2017 - 11:07
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

Bakının “maşın qəbristanlığı”ndakı qanlı avtomobillər“Ölənlərin maşınını sökmək dəhşətli hissdir”

 
Dolların bahalaşması avtomobillərlə yanaşı ehtiyat hissələrinin də qiymətinin kəskin artmasına səbəb oldu. Avtomobillərin ehtiyat hissələri bazarında maşının ən xırda detalından tutmuş mühərrikinə qədər bahalaşmaya məruz qalıb.
Musavat.com-un müxbiri Nizami rayon ərazisində yerləşən avtomobillərin ehtiyat hissələri bazarına baş çəkib, satıcılarla həmsöhbət olub.

Bazarda durğunluq… Alıcı yoxdur…

Buranı ölkənin ən böyük ehtiyat hissələri bazarı hesab etmək olar. Burada hər növ avtomobilin istənilən detallarını burada tapmaq mümkündür. İstər təzəsini, istərsə də ikinci əl ehtiyat hissələri kifayət qədərdir. Hər mağazanın qarşısına qala-qalaq yığılmış avtomobil hissələri buranı maşın qəbiristanlığına bənzədir. Kənardan səliqəsiz görünsə də, hər sahibkarın mağazasının öz sərhədi var. Kimi xaricdən yeni gələn detalları yerbəyer edir, kimisi isə qəzaya uğrayan avtomobilləri sökərək, hissələrə ayırır. Bazarda əvvəlki aylarla müqayisə etsək, xeyli durğunluq hiss olunur.
Bazara ehtiyat hissələri əsasən xarici ölkələrdən gətirilir. Sahibkarlar Almaniya və Dubaydan köhnə avtomobillərin detalları gətirib burada bir qədər yeniləyərək satırlar. Adının çəkilməsini istəməyən sahibkar bazardakı durğunluğun səbəbini belə izah edir: “Bütün ehtiyat hissələri xaricdən dollarla alınıb, ölkəyə gətirilir. Çünki ölkədə bunların daxili istehsalı yoxdur. Dolların kursuna görə, ehtiyat hissələri bazarında qiymətlər dəyişir. Tutaq ki, xaricdən 10 dollara aldığımız bir detalı indi 30 manata satırıq. Kurs 0.78 qəpiklə olan zamanlar isə 10 dollara aldığımızı 15 manata satırdıq. Almaniyada ”zapçast”ın qiymətində heç bir bahalaşma yoxdur. Hər şey bizim pulun başındadır. Üstəgəl gömrük rüsumu da maya dəyərinin üzərinə gəlir və  biz baha satmağa məcbur oluruq. Əks halda gərək işləməyək. Bazarın icarə haqqı, bizim gündəlik xərclərimiz qazancımız da  bu ehtiyat hissələrinin qiymətinin üzərinə  gəlir. Bundan daha böyük dərdimiz isə əlimizdəki vəsaitləri dollara dəyişməkdir. Hansı banka gedirsənsə, dollar almaq müşkül məsələyə çevrilir. Məcbur qalıb “qara bazar”lara üz tuturuq. Elə vaxtlar olub ki, dolları 2 manatdan almışıq. Bu həm işimizi axsadır, həm də cibimizə ziyan vurur”.
Ehtiyat hissələri satışı bazarının yanında “maşın qəbiristanlığı” yerləşir. Ağır qəzaya uğramış, təmiri mümkün olmayan avtomobilləri gətirib burada dəyər-dəyməzinə “metallom” kimi satırlar. Bazarda bir xeyli qəzalı avtomobillərə rast gəldik. Aydın oldu ki, bu cür avtomobillər sahibindən müəyyən qiymətə alınır, onların salamat qalmış ehtiyat hissələrini sökülür və satışa çıxarılır. Sahibkarlar bu işdən bir xeyli qazanc əldə edirlər.
Buraya bir “avtomobil qəbiristanlığı” adının verilməsi də təsadüfi deyil.  Elə bahalı avtomobillər var ki, ağır yol qəzasından sonra tullantıya çevrilib. Ərazidə olduğumuz zaman “Mercedes” markalı avtomobilin lazımı detallarını sökən ustadan maraqlı və dəhşətli məqamları öyrəndik:
“Bizim işimiz belə avtomobilləri alıb, detallarını sökməkdir. İndi sökdüyüm maşının dəyəri təqribən 11-12 min manatdır. Keçən il dekabr ayında qarlı havada qəzaya uğrayıb. Sürüşüb, qarşı yola çıxıb, başqa bir avtomobillə toqquşub. İçərisində bir ailə olub, xoşbəxtlikdən bədbəxt hadisə baş verməyib. Yüngül travma alıblar. Bu maşını 4 min manata almışıq. Belə ucuz olmasının səbəbi ön hissəsinin yox vəziyyətdə olmasıdır. Ələ gələsi deyildi. Bir neçə gündür sökürəm. Verdiyimiz pulun mayasını çıxardandan sonra 1000 manat qazanc qalacağını hesablamışıq. Bunun üçün gərək səbirli olasan ki, incə, xırda detallar yarasız hala düşməsin, hamısı qazancdır”.
Qəzalı avtomobillərin bazara gətirilməsinə xüsusi diqqət edilir. Bunu üçün söküntü aparılan ərazilərə polis əməkdaşları nəzarət edir. Hər daxil olan avtomobil haqqında onlar xəbərdar edilir. “Metallom” maşınları sahibindən alarkən belə notariusa gedilir, aralarında müqavilə bağlanılır, etibarnamə alınır. Bu prosedurdan sonra həmin avtomobilin bazara girişinə icazə verilir. Banka borcu olan, yol hərəkəti qaydalarını pozan (radar) avtomobillər yarasız vəziyyətə düşsə də, söküntüsünə icazə verilmir.

Sahibinə məzar olan qanlı avtomobillər…

Burada sahiblərini ölümə aparan olan avtomobillərə də tez-tez rast gəlinir. Elə avtomobil var ki, aylar keçsə də, öz sahibinin qanı üzərindən getməyib. Bu dəhşətli mənzərədir… Belə avtomobillərə baxanda həyat  insanın gözündə qaralır.
Həmsöhbət olduğumuz usta zaman-zaman  belə durumlarla qarşılaşdığını dedi: “Yol qəzasında ölənlərin, yaralananların, yananların maşınını sökmüşəm. Çox təsirli bir hissdir. Biz bu maşınları sahibindən alanda xeyrini görmək üçün halallığını da alırıq. Nə baş verdiyini də soruşuruq. Kimisi qardaşını, kimisi anasını, kimisi azyaşlı uşağını həmin avtomobildə itirdiyini deyir. Ən dəhşətlisi odur ki, qəzaya düşən avtomobilləri sahiblərindən təhvil ala bilmirik. Çünki əksəriyyəti həyatını itirir… Qohumları gətirib verir bizə. Allah millətimiz qorusun, belə hadisələri heç kimə arzulamıram”.
Previous Post

Bakının “maşın qəbristanlığı”ndakı qanlı avtomobillər

Next Post

“Axır günlərimizi yaşayırıq, müharibə və qan olacaq…” – Ekstrasensdən QORXUNC PROQNOZ

Bənzər yazılar

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

27 Avqust 2026 - 23:14

Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun baş tutub. Elchi.az  xəbər verir ki, günün ikinci...

UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

27 Avqust 2026 - 23:12

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunda növbəti qolunu vurub. Elchi.az xəbər verir ki, 29 yaşlı hücumçu Xorvatiyanın "Hayduk"...

“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

27 Avqust 2026 - 23:10

"Qarabağ" növbəti futbolçu transferini gerçəkləşdirib. Elchi.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb. Polşanın "Qurnik" (Zabje) klubu ilə...

Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq

Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq

27 Avqust 2026 - 23:09

Gürcüstanda 2026-cı il üzrə vahid milli imtahanların nəticələri açıqlanıb. İmtahanlarda iştirak edən 39 689 abituriyentin 34 150-si ali və ya...

Next Post

“Axır günlərimizi yaşayırıq, müharibə və qan olacaq…” – Ekstrasensdən QORXUNC PROQNOZ

“Axır günlərimizi yaşayırıq, müharibə və qan olacaq…” – Ekstrasensdən QORXUNC PROQNOZ

Son xəbərlər

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

27 Avqust 2026 - 23:14
UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

27 Avqust 2026 - 23:12
“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

27 Avqust 2026 - 23:10
Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq

Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq

27 Avqust 2026 - 23:09

Tramp: Rusiya NATO ölkələrinə hücum planlaşdırmır

27 Avqust 2026 - 23:04
Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər

Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər

27 Avqust 2026 - 19:56
Hövsanda açıq ərazidə yanğın baş verib

Hövsanda açıq ərazidə yanğın baş verib

27 Avqust 2026 - 19:53
Tunis sahillərində qayığın aşması nəticəsində ölənlərin sayı 14-ə çatıb

Tunis sahillərində qayığın aşması nəticəsində ölənlərin sayı 14-ə çatıb

27 Avqust 2026 - 19:50
İki azərbaycanlı violist Moskvada dünya gənclərinin orkestrində

İki azərbaycanlı violist Moskvada dünya gənclərinin orkestrində

27 Avqust 2026 - 19:14
“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

Konfrans Liqası: “Qarabağ” və “Tvente”nin start heyətləri açıqlandı

27 Avqust 2026 - 18:55
İsveç Ukraynaya əlavə 28 milyon dollar ayırıb

İsveç Ukraynaya əlavə 28 milyon dollar ayırıb

27 Avqust 2026 - 18:33
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

27 Avqust 2026 - 17:57
Çempionlar Liqası: “Lion” – “Fənərbağça” matçından sonra 6 nəfər saxlanıldı

Çempionlar Liqası: “Lion” – “Fənərbağça” matçından sonra 6 nəfər saxlanıldı

27 Avqust 2026 - 17:49
Tokiodan uçan təyyarədə biletsiz sərnişinin meyiti aşkarlanıb

Tokiodan uçan təyyarədə biletsiz sərnişinin meyiti aşkarlanıb

27 Avqust 2026 - 17:35
Netanyahu: HƏMAS tərksilah olunana qədər “Erez” açılmayacaq

Netanyahu: HƏMAS tərksilah olunana qədər “Erez” açılmayacaq

27 Avqust 2026 - 17:28
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.