"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Bakının mənzil bazarında son durum: Hansı ərazilərdə qiymətlər daha bahadır?

04 Oktyabr 2019 - 13:58
in CƏMİYYƏT
FacebookVatsap

Bakıda həm təkrar, həm də ilkin mənzil bazarında istər yayın son ayı üzrə, istərsə də il ərzində qiymətlər artıb. Bu barədə mətbuata açıqlama verən “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimovun bildirib ki, avqust ayı ərzində təkrar mənzil bazarında qiymətlərdə 0.73 faiz artım olub, il ərzində isə artım 2.23 faiz təşkil edib.
N.İbrahimov bildirib ki, ilkin mənzil bazarında avqust ayı ərzində 2.36 faiz artım olub, il ərzində isə 10.45 faiz artım baş verib. Ekspertin sözlərinə görə, qiymətlərdə artım mövsümi xarakter daşıyır: “Adətən yayın axırı payızın başlanğıcında artım qaçılmaz olur. Digər tərəfdən isə bazarda təklif portfelində azalma var, eyni zamanda, yeni mənzillərin tikintisində də azalma müşahidə edilir. Təklif portfelinin azalması isə qiymətlərə təsir edir”.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan ekspert Nüsrət İbrahimov vurğulayıb ki, bahalaşma əsasən yeni tikililərdədir, köhnə tikililərdə qiymət artımı yoxdur: “Birinci səbəb  təklif portfelinin azalmasıdır, son 1 ildə təklif portfeli azalıb. Bu da artan tələbatı qarşılamır. Belə olan halda qiymətlər artıma meyl edir. İkinci şəhərin içində aparılan  pilot layihələri çoxluq təşkil etdikdə, əsasən köhnə tikililərin sökülüb yerində yeni tikililərin inşa edilməsinə qədər o insanların yaşayışını təmin etmək lazım gəlir.
Şəhərin daxilində aparılan tikinti kənarda aparılan tikintiyə nisbətən daha baha başa gəlir, nəqliyyat xərcləri və digər xərclər çoxluq təşkil edir. Bunların hamısı qiymətlərə təsir edir. Yəni əsasən iki faktor, maya dəyərinin artması və bazarda təklifin azalması qiymətlərə təzyiqi artırır. Mənzil bazarında aktivlik olmasa belə, qiymət artımı baş verir. Bu da maya dəyərinin artımı ilə əlaqədardır”.
Daşınmaz əmlak sahəsi üzrə ekspert  Ramil Osmanlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki,  onların həyata keçirdiyi araşdırmalarda avqust ayı ilə bağlı qiymət artımı müşahidə olunmayıb: “Avqust ayı ərzində mənzil bazarında vəziyyət stabil qalıb, qiymət artımı yalnız kirayə bazarında qeydə alınıb. Satış qiymətlərində hələ ki, yüksəlmə yoxdur. Bazarda mövsüm üçün xarakterik olmayan bir durğunluq yaşanır. Müəyyən potensial alıcı kütləsi var ki, həmin kütlə sosial kirayə ilə əlaqədar gözləmə mövqeyindədir.  Çoxları elə düşünür ki, kirayə mənzilləri kim istəsə ala biləcək, ona görə də gözləmə mövqeyinə keçiblər. Eyni zamanda ipoteka kreditlərinin verilməsində durğunluq yaranıb. İpoteka kreditləşməsinin azalması bazarda mənzil alqı-satqısını xeyli zəiflədib. İlkin mənzil bazarında xüsusilə qeydiyyatdan keçən mənzillər üzrə müəyyən qiymət dəyişmələri var. Bu da təbii məsələdir. Əvvəl çıxarışlar yox idi, indi isə çıxarışlar alınıb. Çıxarışı olan mənzillə olmayanlar arasında müəyyən qiymət fərqlərinin olması normaldır. Çıxarışı olmayan mənzillərin ilkin bazarında isə qiymət artımları yoxdur. Əslində yay mövsümünün sonuncu ayında qiymət artımının olması üçün iqtisadi səbəb yoxdur”.
Ekspert qeyd edib ki, torpaq bazarında qiymət artımı var: “Bu proses daha çox şəhərə qismən yaxın olan ərazilərdə müşahidə olunur. Bu müvəqqəti bir prosesdir. Yay mövsümündə fərdi yaşayış evlərinin tikintisi aktivləşdiyi üçün torpaq bazarında bu dövrdə artım qeydə alınır”.
Şəhərin müxtəlif istiqamətlərində qiymət fərqinə gəlincə, R.Osmanlı  bildirdi ki, birinci zona kimi adlandırılan ərazidə qiymətlər daha yüksəkdir: “Birinci zonada qiymətlər daha bahadır. Bunu konkret ünvan olaraq qeyd etsək, təbii ki, şəhər mərkəzində , “İçəri şəhər”, “Sahil”, “28 may” metrostansiyaları yaxınlığındakı ərazilərində qiymətlərin daha çox baha olduğu müşahidə olunur. Burada müxtəlif amillər rol oynayır. Mənzillərin hansı layihəyə aid olması əsas şərtlərdən biridir. Bu mənzil arxitektur layihəlidir, “Stalin”dir, “Xruşşov”dur, ya italiyan  stilində tikilib, bunlar qiymətlərə təsir edir. Bundan başqa, mənzilin mərtəbəliliyi, geniş-gəliş imkanları və sair də qiymətlərə təsir edir. Şəhər mərkəzinə “İçəri şəhər”, “Sahil” metrostansiyaları, “Tarqovı” küçəsi, Fəvvarələr meydanına yaxın olan ərazilərdə qiymətlər çox bahadır. Həmin ərazidə köhnə binalarda 100 kvadratmetrlik bir mənzilin minimum qiyməti təqribən 250 min manatdan başlayır. Vergilər Nazirliyi ilə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi əmlakın vergiyə cəlb olunması ilə əlaqədar paytaxtı iki zonaya böldülər.  Hesab edirəm ki, burada müəyyən qüsurlar da var. Məsələn, Şərifzadə küçəsinin sol tərəfi 7-ci zonadır, sağ tərəfi 11-ci zona. Sol tərəfdə İpoteka və Kredit Zəmanət Fondunun açıqladığı orta aylıq qiymətlərlə yanaşma siyasəti fərqlidir. Sol tərəfdə orta  qiymət 1500 -1600 manat arasında dəyişir, ancaq ağ tərəfində 1100 manat müəyyənləşdirilib. Bu zonalaşdırmanın özündə müəyyən yanlışlıqlar var. Beynəlxalq praktikaya nəzər salsaq Bakı kimi şəhərlər ən azı 70-80 zonaya bölünməlidr, 12 zona kifayət etmir. Bu zonalaşmanı ota qiymətlə bağlı bir indiqator kimi götürmək də olmaz”. 

Bunu da oxuyun

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Previous Post

Bakının mənzil bazarında son durum: Hansı ərazilərdə qiymətlər daha bahadır?

Next Post

Məktəb direktoru müəllimlər arasında pul bölgüsü aparır – SƏS YAZISI

Bənzər yazılar

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27

Tiranada tarixçi və Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovun "Qafqaz Albaniyasının qısa tarixi" adlı kitabının təqdimatı keçirilib. Elchi.az xəbər verir...

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08

Milli Müdafiə Universitetində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyinin Hərbi Məsləhətçi Təlim Qrupu (BMATT) tərəfindən keçirilən "Təlimatçı...

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39

Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin XXIV sessiyasında iştirak etmək üçün Qazaxıstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri...

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37

Elm və təhsil naziri Emin Əmrullayev Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi xanım Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə...

Next Post
Məktəb direktoru müəllimlər arasında pul bölgüsü aparır – SƏS YAZISI

Məktəb direktoru müəllimlər arasında pul bölgüsü aparır – SƏS YAZISI

Məktəb direktoru müəllimlər arasında pul bölgüsü aparır – SƏS YAZISI

Məktəb direktoru müəllimlər arasında pul bölgüsü aparır – SƏS YAZISI

Son xəbərlər

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Azərbaycan millisinin baş məşqçisi: Dünya çempionatına vəsiqə qazanan millilərdən çox geri qalırıq

Azərbaycan millisinin baş məşqçisi: Dünya çempionatına vəsiqə qazanan millilərdən çox geri qalırıq

06 Oktyabr 2026 - 19:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.