Bakının Amin Qəfərli küçəsində təmir işlərinə başlanılacaq

🗓 23.05.2025 15:16 ✍️ "Elçi" qəzeti
Bakının Amin Qəfərli küçəsində təmir işlərinə başlanılacaq
Sabah səhər saatlarından etibarən Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin Amin Qəfərli küçəsində təmir işlərinə başlanılacaq. Elchi.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. "Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə məlumatda bildirib.

Bənzər yazılar