"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Bakıda TDT-nin Hökumət Başçılarının/Vitse-prezidentinin ikinci görüşü keçirildi – FOTO

02 Aprel 2026 - 18:46
in SİYASƏT
FacebookVatsap

Bu gün Bakıda Türk Dövlətləri Təşkilatının Hökumət Başçılarının/Vitse-prezidentinin ikinci görüşü keçirilib.

Bunu da oxuyun

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

Elchi.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə keçirilən tədbirdə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdət Yılmaz, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov, Qırğız Respublikasının Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyev, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel, Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Nökerqulu Ataquliyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.

Tədbirdən öncə nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə birgə foto çəkdirilib.

Görüşün gündəliyinə regional və qlobal çağırışlar fonunda üzv dövlətlər arasında dialoqun təşviqi və səmərəli çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, TDT çərçivəsində iqtisadi və ticari əlaqələrin genişləndirilməsi və prioritet sahələrdə investisiya təşəbbüslərinin artırılması, nəqliyyat infrastrukturunun və əlaqələndirmə mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən Transxəzər Beynəlxalq Şərq–Qərb Orta Dəhliz üzrə rəqəmsal inteqrasiyanın gücləndirilməsi və Zəngəzur dəhlizinin həyata keçirilməsi vasitəsilə regionlararası tranzit əlaqələrinin şaxələndirilməsi, eləcə də yaşıl enerji sahəsində çoxtərəfli əməkdaşlığın təşviqi yolu ilə enerji təhlükəsizliyinin möhkəmləndirilməsi məsələləri daxil idi.

Görüşü giriş sözü ilə açan Baş nazir Əli Əsədov qonaqları salamlayaraq, TDT-nin hazırkı mürəkkəb beynəlxalq münasibətlər sistemində və artan təhlükəsizlik riskləri fonunda geniş coğrafiyada sülhün, sabitliyin və qarşılıqlı faydalı əməkdaşlığın təşviqində mühüm platformaya çevrildiyini vurğulayıb. O, dövlət başçılarının qətiyyətli iradəsi nəticəsində təşkilat daxilində əməkdaşlığın ildən-ilə dərinləşdiyini diqqətə çatdırdı. Baş nazir, Prezident İlham Əliyevin söylədiyi kimi, Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

Baş nazir çıxışında qeyd edib ki, ötən il Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsinin 5 faizdən çox artaraq 7.3 milyard ABŞ dollarına çatıb. Azərbaycanın üzv dövlətlərə yatırdığı sərmayələrin ümumi həcmi isə 21 milyard ABŞ dolları təşkil edir. Birgə investisiya fondlarının iqtisadi əlaqələrin möhkəmlənməsindəki rolu xüsusi qeyd olunub.

Qarşılıqlı ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin təşviqi, sənayə kooperasiyasının dərinləşdirilməsi, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, kiçi və orta sahibkarlıq, innovasiya və yüksək texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsi iqtisadi potensialın tam şəkildə reallaşmasına imkan yaradacaq.

Baş nazir Əli Əsədov Orta Dəhlizin Avrasiyanın ən perspektivli və təhlükəsiz bağlantı xətti olduğu vurğuladı, 2025-ci ildə bu marşrut üzrə tranzit daşımaların 11%-ə yaxın artaraq 5 milyon tona çatdığını qeyd etdi. Eyni zamanda, bütün türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin strateji əhəmiyyəti diqqətə çatdırılıb.

Orta dəhlizin rəqabət qabiliyyətinin artırılması üçün üzv dövlətlər arasında koordinasiyanın daha da gücləndirilməsi, sərhəd-gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal həllərin tətbiqi və tarif siyasətinin uyğunlaşması, Zəngəzur dəhlizinin reallaşmasının vacibliyi vurğulanıb.

Baş nazir Azərbaycanın hazırda 16 ölkəyə boru kəmərləri ilə qaz ixrac edərək dünyada ilk sırada qərarlaşdığı bildirdi. Ənənəvi enerji ilə yanaşı, bərpa olunan enerji layihələrinə diqqət çəkərək, bu xüsusda Özbəkistan və Qazaxıstanla uğurlu tərəfdaşlıq, eləcə də Qırğızıstanın Avropaya “yaşıl enerji” ixracı təşəbbüsünə qoşulmaq niyyətinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Çıxışının sonunda Baş nazir Azərbaycanın sədrliyi dövründə təşkilat daxilində həmrəyliyin möhkəmləndirilməsi istiqamətində səylərin davam etdiriləcəyini bir daha görüş iştirakçılarının diqqətinə çatdırıb.

Keçirilən səmərəli müzakirələrin yekunu olaraq, tərəflər arasında gələcək fəaliyyət istiqamətlərini və müştərək hədəfləri özündə əks etdirən Türk Dövlətləri Təşkilatının Hökumət Başçılarının/Vitse-prezidentinin ikinci görüşünün birgə bəyanatı imzalanıb.

 

Previous Post

Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında qətnamənin qəbul olundu

Next Post

Kəlbəcərdə iki kəndin su və kanalizasiya qurğularının tikintisinə 12,5 mln. manat xərclənəcək

Bənzər yazılar

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

06 Oktyabr 2026 - 19:04

XX əsr bəşəriyyətə ideyaların dövlətlər üçün nə qədər böyük qurucu gücə malik olduğunu, eyni zamanda milyonlarla insanın həyatı üçün ölçüyəgəlməz...

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

06 Oktyabr 2026 - 18:58

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın ölkəmizə yeni təyin olunmuş səfiri Qiorqi Zakaraşvilini qəbul edib. Elchi.az xəbər...

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

06 Oktyabr 2026 - 18:41

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov İsrailin Bakıdakı səfiri Ronen Kraus ilə mina təhlükəsi ilə mübarizədə...

Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

06 Oktyabr 2026 - 18:33

Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl Yəhya ilə görüşüb. Bu barədə Elchi.az-a...

Next Post
Kəlbəcərdə iki kəndin su və kanalizasiya qurğularının tikintisinə 12,5 mln. manat xərclənəcək

Kəlbəcərdə iki kəndin su və kanalizasiya qurğularının tikintisinə 12,5 mln. manat xərclənəcək

Dünya Çempionatına getmədikləri üçün İtaliya Futbol Federasiyası prezidenti istefa verdi

Dünya Çempionatına getmədikləri üçün İtaliya Futbol Federasiyası prezidenti istefa verdi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Azərbaycan millisinin baş məşqçisi: Dünya çempionatına vəsiqə qazanan millilərdən çox geri qalırıq

Azərbaycan millisinin baş məşqçisi: Dünya çempionatına vəsiqə qazanan millilərdən çox geri qalırıq

06 Oktyabr 2026 - 19:13
Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

06 Oktyabr 2026 - 19:04
NASA-dan nəhəng addım: Ay bazası üçün kütləvi raket satınalması başlayır

NASA-dan nəhəng addım: Ay bazası üçün kütləvi raket satınalması başlayır

06 Oktyabr 2026 - 19:00
Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

06 Oktyabr 2026 - 18:58
Azərbaycan millisi Yaponiyanı Qəbələdə penaltilərlə məğlub etdi

Azərbaycan millisi Yaponiyanı Qəbələdə penaltilərlə məğlub etdi

06 Oktyabr 2026 - 18:50
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

06 Oktyabr 2026 - 18:41
Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

06 Oktyabr 2026 - 18:33
Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib

06 Oktyabr 2026 - 18:24
Konqoda 1900-dən çox uşaq Ebola səbəbindən yetim qalıb

Konqoda 1900-dən çox uşaq Ebola səbəbindən yetim qalıb

06 Oktyabr 2026 - 18:15
Moldova-Rumıniya elektrik xəttinə Donald Trampın adı verilir

Moldova-Rumıniya elektrik xəttinə Donald Trampın adı verilir

06 Oktyabr 2026 - 17:58
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbirləri keçirdi – FOTO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbirləri keçirdi – FOTO

06 Oktyabr 2026 - 17:45
İsrail ordusu Fələstin Administrasiyasına qarşı tammiqyaslı hücuma hazırlaşır

İsrail ordusu Fələstin Administrasiyasına qarşı tammiqyaslı hücuma hazırlaşır

06 Oktyabr 2026 - 17:34
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06 Oktyabr 2026 - 17:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.