"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Bakıda tanınmış həkimin arvadı üç uşağı ilə evdən qaçdı – FOTO

10 İyul 2017 - 09:33
in aktual-banner, Banner, Cebhe-banner
FacebookVatsap

Bunu da oxuyun

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

“Yerə düyü səpib üstündən yağ tökürdü. Dizimi yerə qoyub, düyüləri tək-tək təmizləyirdim. Yoxsa kəməri ilə döyürdü”…

Qarşımda 21 yaşlı qız əyləşib. Amma ona artıq gördüyü məşəqqətləri nəzərə alsaq, bu yaşında qadın da demək olar. İri ala gözləri, yaraşıqlı üzü ilə nağıl qəhrəmanlarına bənzəyir. Elə yaşının nağıl çağında ərə verilib, bir də gözünü açıb ki, anadır, ev-eşik, ər qayğısı çəkir. Həyat yoldaşının işgəncələrinə dözə bilməyib, dəfələrlə evdən qaçıb. Sonuncu dəfə 4 gün əvvəl baş verən davadan sonra uşaqlarını da götürüb “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına pənah gətirib.

Elchi.az  virtualaz.org-a istinadən Gürcüstan vətəndaşı Gülşən Məmmədovanın həyat hekayəsini təqdim edir.

– 21 yaş və 3 uşaq?

– Böyük oğlumun 5, ortancılın 4, kiçik oğlumun isə 3 yaşı var. Həyat yoldaşım məni 13 yaşımda qaçırdı. Gürcüstanda toy edəndən sonra Bakıya gəldik. Uşaqlar Azərbaycanda doğulublar. Rəsmi nikaha yaşım çatmadı, sonradan da rəsmi nikah bağlamadı.

– Bəs ailən, yaxınların bu yaşda ailə qurmağına necə razı oldu?

– Gürcüstanda, bizim kənddə qızları 13-14 yaşında ərə verirlər. Onsuz da heç kim məktəbə getmir. Atam çoxdan dünyasını dəyişib. Kimsəyə möhtac olmamışıq, çətinliklə olsa da, dolanırdıq. Elçilər gəlirdi, anam dedi ki, gözəl qızsan, hansısa avaraya qismət olarsan. Anamla həyat yoldaşım razılaşıb, fikirləşib ki, Azərbaycanda işləyir, həkimdir, qazancı, evi var. Mənə dedilər ki, Bakıya gəzməyə gedəcəksən, sənə yeni paltarlar alacaq. Yəni yoldaşım məni anamın razılığı ilə qaçırıb. İlk vaxtlar pis yaşamırdıq. Özəl klinikaların birində işləyir, ətrafında hamı onu yaxşı həkim kimi tanıyır. 14 yaşında artıq hamilə idim. Böyük oğlum 15 yaşında doğuldu. Onun tanışları olduğundan, kimsə yaşımın az olması ilə maraqlanmadı. Üçüncü uşağı onun əsgərliyə getməməsi üçün dünyaya gətirdik.

– Bəs ailədə problem nədən başladı?

– Evliliyin ilk aylarında mənimlə yaxşı rəftar edirdi. Düzü, heç vaxt yemək, geyim problemimiz olmayıb. İki yerdə evimiz var. Amma çox əsəbidir. Adi bir şey onu hövsələdən çıxarır. Bəzən 4-5 saat fasiləsiz danışır, deyinir. Bəzən də səhər tezdən başladığı davanı gecəyədək davam etdirir. Saçımdan tutub başımı taxtaya vurur, əlimi-ayağımı təpikləyir, dünyasını dəyişən atama söyürdü. Amma heç vaxt döydüyü üçün şikayətlənməmişəm. Fikirləşmişəm ki, kişi qadını döyə bilər, amma işgəncələrinə dözə bilmədim. Ötən il polisə də şikayət etdim. Söz verdi ki, müalicə olunacaq.

– Necə işgəncələr?

– Əsəbləşən kimi məni döyürdü, sonra bütün evə yağ tökürdü. Onsuz da üç körpə ilə səhərdən-axşama kimi evin işləri ilə məşğul olurdum. Yağı təmizləyirdim, düyü töküb deyirdi ki, dizlərini yerə qoy, tək-tək yığışdır. Bəzən də kitab verirdi, əzbərləməyi tapşırırdı. Uşaqların yeməyini doğru-düzgün verə bilmirdim, axşam gələn kimi əzbərləməyə çalışırdım. Elə ki hansısa cümləni unudurdum, saçımdan tutub sürüyürdü. Və yaxud əsəbləşən kimi mebelin, yatağın üstünə un töküb təmizləməyi tapşırırdı. Düyü ilə makaronu qarışdırırdı, o təyin etdiyi vaxtda düyü ayrı, makaron ayrı qaba yığılmalıydı. Ən pisi isə o evdə olanda uşaqların səssiz qalmasına çalışmağım idi. Qorxudan uşaqların ağzını qapayırdım, yoxsa uşaqları döyürdü, 5 yaşlı oğlum söyüşlərin hamısını əzbərləyib. Sonuncu dava da elə uşaqların üstündə oldu, dedi ki, uşaqların səsindən yata bilmirəm, uşaqları kəmərlə döydü.

– Dediniz ki, polisə şikayət etmisiz, müalicə olunmaq istəyib.

– Həyat yoldaşımın atası ölüb, anası onu evdə tək qoyaraq işləyib. Anası ona işgəncələr verib, bəzən soyunduraraq noxudun üstündə uzanmağa məcbur edib. Evliliyimizin ilk günlərində anasının işgəncələrindən danışırdı. Sonralar ona verilən işgəncələri mənə etməyə başladı. Ailəsində ruhi xəstə var, etiraf edir ki, onun da nevroloji problemləri var, əsəb xəstəliyi genetikdir. Mən polisə müraciət edəndən sonra müalicəyə başladı, 1 ay müddətində sakitləşdi, evdə dava, söz-söhbət olmurdu. Sonra həkim dostları bu dərmanların asılılıq yaradacağını deyiblər. Bu da müalicəni yarımçıq saxladı, dərman qəbulunu dayandırandan bir gün sonra dəsmalı tez gətirmədiyimi bəhanə edib 4 saat danışdı. Sonra etiraf etdi ki, özünə nəzarəti itirib, nə qədər deyindiyinin fərqində olmayıb. Hələ məndən qalın kitabı əzbər soruşması, bilməyəndə döyməsi lap dözülməzdir. Evliliyimizin ilk günündən onunla bir yerə çıxmamışam, küçədə hər kəslə dava edir. Deyir ki, elə bilirəm hamı sənə baxır. Bildirir ki, ondan ayrılacağım halda, məni də, uşaqları da öldürəcək.

– Sığınacaqdan çıxandan sonra nə edəcəksən? Təhsilin yoxdur, səndən ayrılmaq da istəmir.

– Sığınacağa gəldiyimi bilmir, dəfələrlə zəng vurub, harada qaldığımı öyrənməyə çalışıb. Anam Rusiyaya köçüb, bir neçə gündən sonra Bakıya gələcək. Onunla Rusiyaya getmək istəyirəm. Amma uşaqları aparmaq üçün icazə verib-verməyəcəyini bilmirəm. Onunla yenidən bir yerdə yaşamaq istəmirəm, çünki bu evliliyin sonu yoxdur. Müalicə alacağını, normal rəftar edəcəyini gözləyərək yaşaya bilmirəm. Onun döyməyinə razıyam, amma saatlarla düyü təmizləyib, bir əlimlə uşaqları sakitləşdirə bilmirəm artıq. Üstəlik uşaqlarım qorxa-qorxa, stress altında yaşayırlar, ataları evə gələn kimi yorğanın altına girib qorxudan səslərini çıxarmırlar. Uşaqların bu şəraitdə böyüməsi məni incidir. Hələlik sığınacaqda psixoloji yardım alırlar. Gecə-gündüz Allaha yalvarıram ki, uşaqların və mənim Rusiyaya getməyimə icazə versin, əks halda, nə edəcəyimi bilmirəm.

Milli.Az

Previous Post

Bakıda tanınmış həkimin arvadı üç uşağı ilə evdən qaçdı – FOTO

Next Post

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

Bənzər yazılar

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

14 İyun 2026 - 15:30

Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Bu barədə Elchi.az - a DSX-dən məlumat...

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

Next Post

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

Son xəbərlər

Paşinyan: Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub

Paşinyan: Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub

08 Avqust 2026 - 10:21
Dünya bazarlarında neft bahalaşıb

Dünya bazarlarında neft bahalaşıb

08 Avqust 2026 - 10:09
“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

07 Avqust 2026 - 19:30
Gürcüstanda zəlzələ oldu

Kamçatkada 5,5 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 19:16
İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

07 Avqust 2026 - 19:00
Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

07 Avqust 2026 - 18:57
ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

07 Avqust 2026 - 18:44
Çində 4,9 bal gücündə zəlzələ baş verib

Çində 4,9 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 18:29
Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

07 Avqust 2026 - 18:16
Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

07 Avqust 2026 - 17:59
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

07 Avqust 2026 - 17:45
Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

07 Avqust 2026 - 17:38
Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı

Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı

07 Avqust 2026 - 17:30
Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

07 Avqust 2026 - 17:21
“Zirə” Namik Ələsgərovla yolları ayırdı

“Zirə” Namik Ələsgərovla yolları ayırdı

07 Avqust 2026 - 17:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.