Bakıda soyğunçuluq edən şəxs saxlanıldı - Video

🗓 28.03.2024 15:41 ✍️ "Elçi" qəzeti
Bakıda soyğunçuluq edən şəxs saxlanıldı - Video
Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. DİN-dən Elchi.az-a verilən məlumata görə, naməlum şəxs zərərçəkənə yaxınlaşaraq onun mobil telefonunu və içərisində sənədləri olan çantasını talayıb. Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sərxan Mustafayev saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bənzər yazılar