Bu günlərdə Bakıdakı restoranlardan birində baş vermiş hadisənin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Minval.info xəbər verir ki, restoranda keçirilən şənlik zamanı bir neçə kişi salonun ortasındakı hovuza tullanıb. Onlar aşıq havasının sədaları altında rəqs etməyə başlayıblar.
Məclis iştirakçıları onların bu hərəkətini lentə alıb. Sosial şəbəkələrdə paylaşılan bu görüntülər gülüşə səbəb olub.
Məlumata görə, həmin şəxslər içkili olublar. Onlardan birinin ayağı sürüşüb, hovuza düşüb. Digərləri də onu pərt etməmək üçün suya tullanıb, rəqs ediblər.
Həmin videonu təqdim edirik: